Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının müavinini camaatın gözü qarşısında benzinləyib yandırdılar...



Özbəkistanın Kaşkadərya vilayətinin Yakkabag rayon administrasiyasının məmuru sahibkarlardan birinin əmlakını məhv etməyə çalışdığına görə az qala həyatını itirəcəkdi.


Moderator.az  bu haqda "Mərkəzi Asiya" xəbərlər xidmətinə istinadla xəbər verir.

Rayon icra hakimiyyəti başçısının tikinti məsələləri üzrə müavini  20-yə yaxın polis əməkdaşının müşayiəti ilə sökülməyi nəzərdə tutulmuş özəl iki mərtəbəli əmlakın yanına gəlib. Lakin buldozerçi dükan və sexin yerləşdiyi binanın sökülməsi əmrinə əməl etməkdən üz döndərib. O halda  məmurun özü sürücünün oturacağına əyləşərək buldozeri işləyən, içərisində adamlar olan dükana tərəf yönəldib. Hələ də pul təzminatı ödənilmədiyini söyləyən sahibkar başçı müavinindən dükanını hələlik sökməməyi xahiş edib. Lakin  məmur buna baxmayıb. Xahişinin nəzərə alınmadığını görən iş adamı məmurun üzərinə benzin töküb və ona çox sayda şahidin gözü qarşısında od vurub.  Başçı müavininin paltarı dərhal alovlanıb. Amma ətrafdakalar alovu, çətinliklə də olsa,  söndürməyə müvəffəq olublar. Yanmış məmur xəstəxanaya aparılıb. İş adamı isə  həbs olunub. Onun mağazasının taleyi barədə məlumat verilmir. 

Qeyd  edilir ki, “Abad məhəllə” layihəsi adı altında evlər və obyektlər sökdürülən rayon ərazisindəki digər sakinlər də yandırılan məmurun haqsız davranışlarından bezdiklərini bildiriblər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10