Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Özümü öldürmək istəyirdim” - Aygünlə duet oxuyan sabiq nazir oğlu



Azərbaycanın keçmiş Xarici İqtisadi Əlaqələr naziri Qüdrət Quliyevin oğlu Murad Quliyev "Azadlıq" qəzetinin feysbuk səhifəsinin canlı yayımında qonaq olub.

"Qafqazinfo" xəbər verir ki, hazırda ABŞ-da yaşayan sabiq nazir oğlu özü ilə bağlı maraqlı məqamları açıqlayıb.
"Atam nazir olsa da, imkanımız yaxşı deyildi. Uşaqlığım nazir balası kimi keçməyib" deyən Murad Quliyev vaxtı ilə intihar etmək istədiyini də dilə gətirib:
"Özümə qəsd etmək istəyirdim. Getdim Bulvara. Orda bir az dayanıb düşündüm. Birdən ayıldım ki, belə addım atmaq lazım deyil. Və bunda sonra öz məqsədimə çatacağıma dair özümə söz verdim. Məqsədim o idi ki, heç kimin qarşısında əyilməyəcəm. Buna görə də heç kimin qapısını döyməmişəm. Getdim ticarətlə məşğul oldum. Mən məktəbdə oxuyanda BƏƏ-yə uçan ilk gənclərdən olmuşam. Xırda ticarətlə məşğul oldum. Maşınımı öz pulumla almışam. Avtomobili alanda gözümdən yaş gəldi". 
5 ildir ABŞ-da yaşan Murad Quliyev reper kimi də özünü sınayıb. O, Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Quliyev Kazımova ilə birgə "Tənha qadın" mahnısını ifa edib.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10