Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rəşad Mahmudov: Qarabağdan olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq.



Prezident İlham Əliyevin siyasətinin mərkəzində eləcə də Azərbaycan vətəndaşının sağlamlığı dayanır. Bu gün vətəndaşlarımız, əsasən də qayğıya ehtiyacı olan insanlarımız ən çətin məqamlarda arxalarında ilk növbədə dövləti, ölkə rəhbərliyini görürlər. Vətəndaş dara düşdüyü an əmindir ki, istər Prezident, istərsə də birinci xanım Mehriban Əliyeva ona arxa, dayaq duracaq.

Ötən həftə biz ölkə vətəndaşına verilən dəyərin və diqqətin bir daha şahidi olduq. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar Mərkəzi Gömrük Hospitalında cərrahiyyə əməliyyatı olundular. Bütün bunlar Birinci vitse-prezident Mehriban Əliyevanın humanizm prinsiplərinə əsaslanan yüksək insanpərvərliyinin növbəti nümunəsi idi.


Milli Məclisin deputatı, tanınmış kardiocərrah Rəşad Mahmudov “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, bu əməliyyatlar xəstəxanalar və ailələr üçün maliyyə baxımından böyük olan əməliyyatlardır: “Heydər Əliyev Fondu hər zaman olduğu kimi qısa müddətdə ailələrin səsinə səs verərək bu körpə uşaqların problemlərinin həll edilməsi üçün bütün maliyyə yükünü öz üzərinə götürdü. Artıq 4-ə yaxın əməliyyatımız uğurla başa çatıb. Mürəkkəb ürək qüsurları olan digər xəstələr üzərində də əməliyyat üçün hazırlıq işləri gedir. Xəstə uşaqların analarının övladları sağlamlığa qovuşduqdan sonra keçirdiyi hisslərə görə biz də həm həkim, həm vətəndaş kimi Mehriban xanıma o ailələrin, gözəl ürək sahibi olan balaların adından dərin minnətdarlığımızı bildiririk”.

R.Mahmudov qeyd edib ki, ölkəmizdə Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva tərəfindən atılan hər bir addımın məntiqi əlaqəsi və nəticəsi var: “Vatikanla Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu arasında olan mövcud münasibətlər bu gün özünü başqa bir platformda göstərir. Dünyaca məşhur Roma Uşaq Ürək Cərrahiyyəsi Mərkəzinin artıq Azərbaycandakı mərkəzlərlə ortaq addımlar atması təkcə səhiyyə məsələsi deyil. Bu addımla hiss etmədən, bəlkə də arxa planda çox incə siyasətlə Qarabağımızın Cocuq Mərcanlı kəndindən olan bir uşağın səsini Vatikana qədər ötürmək imkanı qazanırıq. Bu siyasət həm də humanitar aksiya və gözəl ənənələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır”.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10