Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dubay şeyxinin qaçan arvadı ƏRƏ GEDİR



Dubayın mütləq hökmdarı, şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun 6 həyat yoldaşından biri olan Şahzadə Haya ilə gizli şəkildə boşanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 30 iyulda Ailə Yüksək Məhkəməsində gözlənilən boşanmanın 20 iyul tarixində gizli formada baş tutması məlum olub.

“Weeklyblitz” adlı saytda yayılan xəbərə görə, gizli boşanan keçmiş cütlük aliment məsələsində də razılaşıblar və Hayanın uşaqlarını Dubaya göndərməyə razı olduğu da bildirilib.

Bundan başqa Şahzadənin başqasına aşiq olması və həmin şəxsin Birləşmiş Krallıqdakı şirkətlərin birində mühafizəçi Russell Flowers olduğu və evlənmək istədikləri də iddia edilib.

Xatırladaq ki, şeyxin arvadının bir neçə ay əvvəl sığınacaq almaq üçün qaçdığı Almaniyadan sonra, Londona getdiyi və 2 uşağı ilə birlikdə orada gizlənməsi məlumatı yayılmış və bu xəbər dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu.

Bundan başqa şeyxin 33 yaşında olan qızı Şahzadə Lətifənin də keçən il qaçmağa çalışdığı, ancaq tutulduğu iddia edilmişdi.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10