Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB



Astara şəhər sakini, 2003-cü il təvəllüdlü Sahib Rauf oğlu İsmayılov Bulvar ərazisində batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.İsmayılovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.(Apa)

***

Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Astara rayonunda dənizdə qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10