Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Rüşvətxor məmurları gizlicə söyürlər, amma toyda-yasda başda otuzdururlar”



Natiq Cəfərli: “Trampı publik dəstəkləməyin, az qala biabırçı bir mövqe olduğunu insanlara yeritdilər, camaat da publik sorğuda onun əleyhinə rəy bildirsə də, seçkidə gedib ona səs verdi”

 

“Trampdan sonra dünya çox dəyişir, politkorrektliyi çeynəyən liderlər iş başına gəlir”.

 

AYNA xəbər verir ki, bu barədə şəxsi “Fecabook” səhifəsində  "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli paylaşım edib. Onun sözlərinə görə, politkorrekt olmaq yaxşıdır, amma siyasi elitalar bunu absurda çevirib və insanların, əslində nə düşündüyünü gizlətməsinə səbəb olub.

 

““Brexit” lehinə olanlar bunu açıq deməyə utanırdılar, bu mövqenin "cool" olmadığını bilirdilər deyə, sorğular zamanı Avropa İttifaqından yana olduqlarını bildirdilər, amma gedib əksinə səs verdilər”, - deyə o yazıb.

 

Cəfərlinin sözlərinə görə, Trampı publik dəstəkləməyin, az qala biabırçı bir mövqe olduğunu insanlara yeritdilər, camaat da publik sorğuda onun əleyhinə rəy bildirsə də, seçkidə gedib ona səs verdi: “Bizdə isə toplum ikiüzlülüyün adını politkorrekt davranış qoyub - rüşvətxor məmurları, rəisləri gizlicə söyürlər, amma toyda-yasda başda otuzdururlar, hörmət-izzət göstərirlər. Bu məsələdə də bizim analoqumuz yoxdur”.

Müəllif: Ayna.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10