Bir xeyriyyəçinin xidmətləri
Təkcə son illər Səftər Əzimovun Ərkivan orta məktəbində apartdırdığı təmir işləri, Rəşad Mirzəyevin Bədirli məhəlləsində yola asfalt döşətdirməsi və sair bu qəbildəndir. Bu günlərdə isə Şəhid Əlvan Bağırov adına 4 saylı Ərkivan qəsəbə, (əvvəllər Həsənəküçə məktəbi adlandırılan) orta məktəbin bir korpusu həmin məktəbin məzunu, Rusiyanın Uzaq Şərq - Birobidcan şəhərində çalışan 40 yaşlı iş adamı Məmmədov Hikmət Əliheydər oğlu tərəfindən əsaslı şəkildə, obrazlı desək, super formada təmir etdirib.
Xeyriyyəçi təmir işlərinə 50 min ABŞ dolları sərf edib. Nəticədə 10 sinifdən ibarət bir korpusun dam örtüyün təzələnib, bütün sinif otaqlarının döşəməsi, tavanı yenilənib, divarlar nəfis formada rənglənib, plastik materiallardan sinif otaqlarına yeni qapı-pəncərələr salınıb. Həmin korpusda istilik sistemi qurulub, işıq xətləri, həyətdə və koridorda su kranları yenilənib, koridora 100 kvadrat metrdən artıq metlax və kafel döşənib pilləkən və giriş hissəsi müasir formada qurulub, məktəbin həyətində 300 kv.m asfalt döşənib, qazonlar düzəldilib, burada qiymətli ağaclar əkilib, məktəbin həyətində müasir formalı, xüsusi ornamentli dəmirlərlə 40 metrlik hasar çəkilib.
Bundan başqa məktəbin yeməkxanası yenilənib, burada orijinal formada hazırlanmış, eyni vaxtda 6-7 nəfərin əyləşə biləcəyi oturacaqlar qoyulub.
Hikmətin xeyriyyəçiliyi digərlərini də həvəsləndirib. Belə ki, onun yaxın qohumu Mikayıl Mirzəyev iş icraçılığı ilə yanaşı öz vəsaiti hesabına məktəbin adı verilmiş şəhid Əlvanın taxta üzərinə döyülmüş böyük portretini məktəbə hədiyyə edib.
Müəllimlərdən İlqar Tağıyev, Vaqif Hüseynov, Teymur Dadaşov, texniki işçilərdən Ataxan Cəbiyev, Sahilə Əliyevə, Güldərən Cəbiyevə təmir işlərində 2 ay olaraq təmənnasız olaraq çalışıblar. İş adamı Sücayət Qasımov köhnə korpusların ətrafında xeyli abadlıq işləri gördürüb. Ərkivan qəsəbə ərazi nümayəndəsi məktəbə gələn yolun abadlaşdırılmasına köməklik göstərib.
Rayon icra hakimiyyəti və Masallı Təhsil şöbəsi də burada görülən işlərə biganə qalmayıb. Onlar məktəbə 90 şagirdlik stol və stul, 19 müəllim stolu (stulları ilə birgə), 8 yazı taxtası hədiyyə ediblər.
Bütün bu işlər barədə bizə məlumat verən məktəbin direktoru Məmmədağa Sadıqov bildirdi ki, bu, Hikmətin ikinci işidir. O 2 il əvvəl də məktəbdə 3 sinif otağını təmir etdirərək 15 min ABŞ dolları xərc çəkmişdir. Biz də belə xeyirxahlığa yaxşı təhsillə cavab vermək istəyirik. Təkcə onu bildirim ki, bu il məktəbin məzunlarından 11 nəfər ali məktəbə (onlardan 3-ü məktəbi ötən il bitirib), 5 nəfər isə orta ixtisas məktəblərinə qəbul edilib. Buraxılış imtahanlarına buraxılan 50 nəfərdən 45-i attestat alıb.