Son illər Ermənistan ordusunda qadın hrəbçilərin sayı sürətlə artmaqdadır. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki hesabında yaxın gələckdə erməni ordusunda qadın generalların da olacağını bəyan edib.
Erməni ordusunda qadın generallrın sayının sürətlə artması nə ilə bağlıdır? Bu, qadınların hərbə olan marağının artması ilə əlaqədardır, yoxsa rəsmi İrəvan bu yolla ordudakı insan resursu çatışmazlığını aradan qaldırmağa çalışır?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Ermənistanda qadınların orduya maraq göstərməsinin bir neçə amillə bağlı olduğunu qeyd etdi:
“Dünyadakı demək olar ki, bütün ordularda qadınların özünəməxsus yeri var. Peşəkar orduda qadınlar daha çox tibbi personal heyətində yer alır. Lakin döyüş tapşırıqlaırnın icrası ilə məşğul olan qadınalr da var ki, bunlar da xüsusi seçim əsasında seçilir. ABŞ filmlərində də bununla bağlı epizodlar var.
Ermənistana gəlincə, bu ölkədə şəxsi heyətin çatışmazlığı problem olaraq qalır. Yeniyetmə oğlan uşaqları 16 yaşına çatana qədər, yəni qeydiyyata düşənə qədər valideynləri tərəfindən ölkədən çıxarılır. Onlar digər dövlətlərə üz tutur, orada qeydiyyata düşürlər. Buna görə də erməni ordusunda kişi potensialı azalır.
Aprel hadisələrindən sonra cəbhə bölgəsində yaşayan əhali müəyyən qədər bu əraziləri tərk edir, oralarda məskunlaşmaq istəmir. Erməni ordusundakı insan resursu çatışmazlığını həll etmək üçün qadınların ordu sıralarına daxil edilməsi həyata keçirilir.
Ermənistanda işsizlik problemi də böyükdür. Bu da qadınları hərbi xidmətə üz tutmağa məcbur edir. İş yerləri olmadığı üçün onlar hərbi hissələrə üz tutur, öz ailələrini bu yolla dolandırmağa çalışırlar. Yəni baş verənlərin kökündə bu amil dayanır”.