Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının



BƏYANATI

 

(İnsan hüquqları müdafiəçisinə qarşı təyziqlərlə bağlı)

 

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı bəyan edir ki,  Mərkəzin rəhbəri, tanınmış hüquq müdafiəçisi Fikrət Cəfərli qarşı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə qaldırılmış məhkəmə iddia siyasi sifarişdir və arxasında dövlətin mühim orqanlarından biri dayanır. Belə ki, bu sifariş ələ alınmış vəkil Elvin Əliyevin vasitəsilə həyata keçirilib. Məqsəd də Fikrət Cəfərliyə təzyiq göstərmək və peşə fəaliyyətini məhdudlaşdırmaqdır (Təzyiqin əsası Milli Məclis seçkilərinə dayanır, bu barədə sonra geniş açıqlama veriləcək). Vəkillər Kollegiyası da bu məsələdə sadəcə bir vasitədir.

 

Qeyd edək ki, Allahverdiyeva Əfsus Müseyib qızı Mərkəzə müraciət edərək bildirmişdir ki, 9 aprel 2023-cü il tarixində onun həyat yoldaşı Allahverdiyev Elvin İlqar oğlu Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət işi açılmışdır. Heç bir sübut olmadığına görə daha sonra həmin maddə 234.1-1-ci hissəsinə tövsif edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Habelə, Ə.Allahverdiyeva müraciətində bildirmişdir ki, onlar həyat yoldaşının vəkili Elvin Əliyev tərəfindən aldadılıblar və onların 10500 (on min beş yüz) manat pulları mənimsənilib. Müraciətində həmin məsələni ictimailəşdirməklə yanaşı, həm də müvafiq dövlət orqanlarının məlumatlandırılmasını xahiş etmişdir. Mərkəz də müraciəti göndərməklə yanaşı, 19 aprel 2025-ci ildə başqa şəxsin “Facebook”soasial platformasında paylaşdığı statusa həmin müraciətin bir hissəsini əlavə edərək paylaşmışdır.

 

Həmin vaxtlar şikayətçilər də vəkil Elvin Əliyevdən davamlı olaraq şikayət etmiş və vəkildən pullarını geri tələb etmişlər. Sonra şikayətçilər polis idarəsinə çağrılıb onlara xəbərdarlıq edilmişdir ki, “bir də vəkil Elvin Əliyevdən şikayət etsəniz həbsdə olan adamınıza qarşı cəzaçəkmə müəssisəsində oyun qurulacaq və za müddətiartırılacaq”. Bundan sonra şikayətçilər şikayətlərini dayandırmışlar. Hər kəsə və ictimaiyyətə məlumdur ki, bu cür qanunsuz işlərin, sifarişlə həbslərin arxasında kimlər dayanır və kimlər tərəfindən xüsusi siyahılar təqdim edilir. 

 

Mərkəz xeyli müddətdir ki, Vəkillər Kollegiyasında baş verən hüquq pozuntuları ilə yanaşı, orada baş verən maliyyə mənimsəmələri ilə bağlı dövlət orqanlarını və ictimaiyyəti məlumatlandırır. Lakin buna görə Mərkəzə qarşı heç vaxt məhkəmədyə iddiaqaldırılmamışdır.verilməmişdir. Hazırda Mərkəzin rəhbərinə qarşıməhkəmə iddia təşəbbüsü yuxarıda qeyd etdiyimiz kimi, mühüm “orqanla” razılaşdırılmışdır. 

 

Kollegiyanın sədri, Məhkəmə - Hüquq Şurasının üzvü Anar Bağırov “əlinin altında saxladığı” vəkil Elvin Əliyev və onlara sifariş verən həmin o mühüm dövlət orqanı da çox gözəl bilirlər ki, sosial şəbəkədə başqasının paylaşdığı statusa görə tanınmış hüquq müdafiəçisini məhkəməyə vermək perspektivi olmayan işdir və yalnız siyasi sifariş olduğu halda ittihamedici hökmün çıxarılmasımümkündür. Əks halda şikayət icraata qəbul edilə bilməz.

 

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Mərkəzin rəhbəri, tanınmış hüquq müdafiəçisi Fikrət Cəfərlinin xüsusi ittiham qaydasında məhkəməyə verilməsini siyasi sifariş sayır. Bunu Azərbaycanda söz və ifadə azadlığına, hüququn aliliyinə qarşı növbəti hücum kimi qiymətləndirir. Sifarişin arxasında dayanan dövlət orqanı yaranmış vəziyyətdən yararlanaraq Fikrət Cəfərlini həm  son seçkilərdə göstərdiyi vətəndaş mövqeyinə görə cəzalandırmaq, peşə fəaliyyətinə son vermək və Mərkəzi qapatmaq istəyir.

 

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı olaraq: 

 

Bütün yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını, diplomatik nümayəndəlikləri, vətəndaş cəmiyyəti institutlarını, mətbuat və media qurumlarını,  ziyalıları, ictimai fəalları biganə qalmamağa, Fikrət Cəfərlinin hüquqlarının qorunmasına ictimai dəstək göstərməyə çağırırıq. 

                                                                                                                                                                                                                                                                                                                                                    

Mərkəz məsələ ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumlarını, Ombudsman İnstitutunu və beynəlxalq partnyorlarımızı rəsmi qaydada məlumatlandıracaq.

Fikrət Cəfərli və onun timsalında bütün hüquq müdafiəçilərinin təhlükəsizliyi və azadlığı təmin edilməlidir. İnsan hüquqları müdafiə olunmaq üçün var – susdurulmaq üçün yox!

 

 

İƏAM Mətbuat Xidməti

Tarix: 03.07.2025






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10