Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2024-cü ildə Masallıda 1 yaşına qədər 40 uşaq vəfat etmişdir


MASALLIDA ƏHALİ DAHA ÇOX HANSI XƏSTƏLİKDƏN VƏFAT EDİB? – ÖLƏNLƏRİN STATİSTİKASI AÇIQLANIB

 

       Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2024-cü ildə Masallı rayonunda 1257 ölüm halı qeydə alınıb. Onlardan 757-si qan dövranı sisteminin xəstəliklərindən, 206-ı yenitörəmələrdən (xərçəng), 16-sı isə şəkərli diabetdən baş vermişdir. Qeyd etmək lazımdır əvvəlki illə müqayisədə qan dövranı sisteminin xəstəliklərindənvə xərçəngdən ölənlərin sayında artım, şəkərli diabetdən ölənlərin sayında isə azalma qeydə alınmışdır. Ölənlərin 60,2 faizi məhz qan dövranı sisteminin xəstəliyindən ölmüşdür ki, bu xəstəliklərə əsasən ürək-damar sistemi xəstəlikləri, infarkt və digər növləri daxildir.

      Lənkəran-Astara iqtisadi rayonunda 2024-cü ildə şəkərli diabetdən daha çox ölənlər Astara və Cəlilabad rayonlarında, qan dövranı sisteminin xəstəliklərindənölənlər isə daha çox Lənkəran və Masallı rayonlarında qeydə alınmışdır.

       2024-cü ildə hamiləlik, doğuş və zahılıq dövründə 1 qadın vəfat etmişdir. Hadisə kənd yerlərində baş vermişdir. 

 

       Masallıda 2024-cü ildə 40 uşaq bir yaşınadək həyatını itirmişdir ki, onlardan 30-u oğlan uşaqları, 10-u isə qız uşaqları olmuşdur. Ümumilikdə 40 uşağın 20-si perinatal dövrdə meydana çıxan bəzi hallardan, 7-si tənəffüs sistemi xəstəliklərindən, 2-si anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqlarından, 1-i bəzi infeksion və parazitar xəstəliklərdən, 1-i sinir sistemi xəstəliklərindən, 9-u isə digər səbəblərdən həyatını itirmişdir. Hər 1000nəfər diri doğulanlar üzrə 1 yaşınadək ölən uşaqların əmsalı 17,3 olmuşdur ki, bu göstərici həm Lənkəran-Astara iqtisadi rayonu üzrə olan göstəricidən (15,0) həmdə ölkə üzrə olan göstəricidən (13,9) daha çox olmuşdur. 

 

cenub.az

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10