"6.2 maqnitudalı zəlzələnin təsiri bitdi. Şərqə doğru, İstanbula yürüş dayandı".
Publika.az xəbər verir ki, bunu türkiyəli professor Övgün Ahmet Ercan "X" hesabında yazıb.
"Növbəti böyük zəlzələ ən azı 20-50 il sonra olacaq", - professor əmin edib.
M6,2’lik depremin etkisi bitti. Doğuya doğru, İstanbul’a yürüyüş durdu. Büyük deprem için en az 20 ile 50 yıl var.
— Prof. Dr. Övgün Ahmet Ercan (@ovgunaercan) April 27, 2025
Xatırladaq ki, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 236 nəfər xəsarət alıb