Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərdoğan MÜJDƏ VERDİ: "Türkiyə, Pakistan və Azərbaycan birgə addımlar atacaq" - FOTO


REGİON


22 Aprel 2025 23:24





Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında Pakistanın Baş naziri Şahbaz Şəri qəbul edib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Pakistan liderinin şərəfinə verilən nahardan sonra birgə mətbuat konfransı keçirilib.

Pakistana sonuncu dəfə fevral ayında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısı münasibətilə səfər etdiyini xatırladan Ərdoğan, qarşılıqlı təmasların iki ölkə arasında münasibətlərin əldə etdiyi müstəsna səviyyəni ortaya qoyduğunu bildirib.

Ərdoğan bu gün baş nazir Şahbaz Şəriflə görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

"Bildiyiniz kimi, Türkiyə və Pakistan terrorla mübarizədə ən güclü iradə nümayiş etdirən ölkələr sırasındadır. Fürsətdən istifadə edərək Pakistanda törədilən terror aktlarında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirəm. Terrorun hər növü ilə mübarizədə Pakistana verdiyimiz dəstəyimiz dəyişməzdir", - Ərdoğan deyib.

Ərdoğan Türkiyə, Pakistan və Azərbaycanın əməkdaşlıq istiqamətində addımlar atacağını bildirib.


O bildirib ki, rəsmi Ankara türkdilli ölkələr və İslamabadla əlaqələri daha da gücləndirəcək.

“Biz birlikdə yeni işlər görəcəyik”, deyən Türkiyə lideri təfərrüatları açıqlamayıb.

Hüseyn İbadlı







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10