Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Təzə Alvadı xeyiriyyə cəmiyyəti tam aşkarlıq nümunəsi göstərir.


xeyiriyyə cəmiyyəti 2025 ci ildə topladığı 5600 manatı necə xərcləyib?

Son dövrlər Masallıda xeyriyyə cəmiyyətlərinin sayı artır, çox maraqlı və faydalı işlər görürlər. Amma çox təəssüf ki, bəzilərinin fəaliyyətində aşkarlıq hiss olunmur. Biz Təzə Alvadı xeyriyyə fondunun fəaliyyətində yüksək səviyyədə şəffaflıq gördüyümüz üçün onlarin bu fəaliyyətini işıqlandirmağa çalışdıq. Bununla bağlı xeyriyyə cəmiyyətinin sədri Rövşən Qurbaov bunları bildirdi; 


Təzə Alvadı xeyiriyyə cəmiyyəti tam aşkarlıq nümunəsi göstərir, belə ki, xeyriyyə cəmiyyəti votsap tətbiqində açılmış “Təzə Alvadi xeyriyyə cəmiyyəti” adlı qrup üzərindən idarə olunur. Hər ayda bir dəfə fondun daimi üzvləri tərəfindən fondun hesabına ianələr köçürülür. Qeyd edək ki, fonda nağd şəkildə pul qəbul edilmir. Pullar yalnız hesab üzərindən köçürülür,fonda köçürülən pulların qəbzi isə pulu göndərən şəxs tərəfindən votsap qrupunda paylaşılır. Bu yolla fondun hər bir üzvü ayın sonunda qrupa toplanılan pulların məbləği ilə tanış olmuş olur. Hesaba toplanılan pullar fondun idarə heyyətinin üç üzvü tərəfindən birgə nağdlaşdırılır və lazımı yerlərə xərclənir. Sonda isə pulların hara xərclənməsi barədə fondun üzvlərinə videorolik şəklində geniş hesabat verilir. Beləlıklə xeyriyyə cəmiyyətındə şəffaflıq təmin edilmiş olur.


 

 Turan Əlisoy Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10