Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müavinət və təqaüdlərdə yeni artım gözləntisi: “Mayın sonu, iyunun əvvəli...”


 



“Azərbaycanda həmişə belə olur. Yəni maaşlar, təqaüdlər və müavinətlər artanda qiymətlərdə də artımlar müşahidə olunur”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Natiq Cəfərli deyib.

O qeyd edib ki, ölkədə infliyasiya kəskin şəkildə artıb:

“Azərbaycanda həmişə belə olur. Yəni maaşlar, təqaüdlər və müavinətlər artanda qiymətlərdə də artımlar müşahidə olunur. Amma bu olmadan belə, ölkədə infiliyasiyanın kəskin artdığının rəsmi şəkildə təsdiqi də tapıldı.

Keçən ilə nisbətən bu il ərzaq infiliyasiyası 6 faizi keçib. Əgər normal standartlara uyğun hesablamalar aparılsa, bəlkə də ikirəqəmli ərzaq infiliyasiyası ilə qarşı-qarşıya qaldığımızı görə bilərik”. 

Ekspert bildirib ki, təqaüd və müavinətlərin artımını mayın sonuna doğru görə bilərik:

“Təqaüdlərin və müavinətlərin artımı ilə bağlı qərar onsuz da var. Nazirlər Kabineti təkliflər hazırlayıb. Çox güman ki, bu ay ərzində o təkliflər elan olunacaq. May ayının sonu, iyunun əvvəli ənənəvi olaraq, büdcəyə əlavələr və dəyişikliklər edilməlidir. Yəqin ki, həmin dəyişikliklərə qədər bu təkliflər səsləndiriləcək və büdcə dəyişiklikləri zamanı reallaşdırıla bilər.

Əgər təkliflər səslənərsə, prezidentin fərmanı ilə büdcənin ehtiyat fondu yaxud digər mənbələrdən maliyyələşmə şərti ilə, müavinətlərdə və təqaüdlərdə artım ola bilər”.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən son kollegiya iclasında yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcəyi bildirilib.

Buna qədər son artım 2025-ci ilin yanvar ayında olub.

Nazim Hacıyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10