Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ƏRKİVAN XƏBƏRLƏRİ


            

 

 

Yaxın vaxtlarda Masallı rayonunun Ərkivan qəsəbəsində nələr olub, nələr olacaq?

 

  1. Ərkivan qəsəbəsində 700 şagird tutumlu 4 saylı tam orta məktəbin tikintisindən(Həsnəküçə məhəlləsi), 5 saylı (“Ağ məktəb”) məktəbin əsaslı təmirinədək; 
  2. Ərkivan qəsəbəsində yeni inşa edilmiş 100 yerlik Uşaq Bağçasının istifadəsindən, Ərkivan qəsəbəsində evi yanan şəxs üçün inşa edilən binanın tikintisinədək;
  3. Ərkivanın Həsnəküçə məhəlləsindəki  şəhidlər bulağının əsaslı təmirindən, məhəlləarası yolların təmirinədək;
  4. Ərkivanın tanınmış iş adamları haqqında kitabın çapından, imkansız şəxslərə yardımlaradək;
  1. Qəsəbənin SİP kabelləşməsindən, Ərkivan məktəblərindəki buraxılış imtahanlarının nəticələrinədək;

 

Ərkivanda elektrik təsərrüfatı tam yenilənir

Qəsəbə Ərazi Dairəsində 2 transformator yenisi ilə əvəz edilmiş, 22 transformator isə cari təmir edilmişdir. Ərkivan qəsəbə ərazisində təxminən 4000 nəfərə yaxın abonent var. Yaxın günlərdə Ərkivan ərazisində elektrik təsərrüfatında əsaslı təmir işləri aparılacaq. Beləki, Azərişıq ASC tərəfindən ərazi tam olaraq SİP kabelləşmə işlərinə başlanılacaq.

 

Ərkivanda məhəllələrarası yol və səkilərin təmiri

Ərkivan Qəsəbə Ərazisində (Rayon İcra hakimiyyətinin yaxından dəstəyi ilə) 1,6 km məsafəyə asfalt örtüyü vurulmuşdur.

Ərazidə 2 km məsafədə suaparıcı kanallar təmizlənmişdir.

Ərkivan-Boradigah yolunda 800 metr , Ərkivan-Qəriblər yolunda 600 metr - ümumilikdə 1,4 km məsafədə köhnə gecə işıqları yeniləri ilə əvəz edilmişdir. 

Ərkivan-Boradigah yolunda 1,7 km məsafədə yolkənarı səki rənglənmişdir.

Qəsəbənin Pələngküştə küçəsində məhəllə sakinlərinin köməkliyi ilə 1,2 km məsafədə küçənin gecə işıqlandırılması sistemləri qurulmuşdur.

Ərkivan-Allahyarlı-Əlihəsənli kəndlərini birləşdirən avtomobil yolunda (Ərkivan dairəsinə qədər olan 6,4 km-lik məsafə) dövlət tərəfindən asfalt örtüyünün vurulması üçün hazırlıq işləri davam etdirilir.

 

Ərkivanda sürətli internet

Ərazidə GPON lahiyəsi üzrə CityNet MMC şirkəti tərəfindən yeni internet xətləri çəkilərək əhalinin istifadəsinə verilmişdir. Aztelekom İB tərəfindən isə yeni internet xəttinin çəkilişi davam etdirilir.

 

Evi yanan şəxs üçün yenisi tikildi

24 dekabr 2024-cü il tarixdə Ərkivan Qəsəbə Ərazisi Bağlaküçə küçəsində yaşayan Əliyev Yadulla Fitat oğluna məxsus fərdi yaşayış evi yanmışdır. Rayon İcra hakimiyyəti, Ərkivan Qəsəbə Ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü və qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə vətəndaş üçün 5 daş kürsülü, 100 kv.m sahəsi olan yeni fərdi yaşayış evi tikilmişdir. Ev 3 ay müddətinə təmir olunaraq 20 mart Novruz bayramı günü vətəndaşa təhvil verilmişdir.




Ərkivanda məktəb tikintisi

Yaxın günlərdə Gülağa Qənbərov tərəfindən Şəhid Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin (Həsnəküçə) tikintisinə başlanılacaq. Məktəb təximinən 700 yerlik nəzərdə tutulmuşdur.

100 yerlik Uşaq Bağçası isə yaxın günlərdə istifadəyə veriləcək.

 

 

Xeyriyyəçi Gülağa Qənbərov tərəfindən qəsəbənin Miyondi məhəlləsində inşa edilmiş Şəhidlər abidə kompleksində əsaslı təmir işlərinə başlanılmışdır. Təxminən may ayının  ilk on günlüyündə  abidədə təmir işlərinin başa çatdırılması nəzərdə tutulmuşdur.


 

Ərkivan Qəsəbə Ərazi Dairəsində qaz təchizatı ilə bağlı heç bir problem yoxdur.

 

                          Qürbət cənnət olsa da...

 

 

Bu yaxınlarda “Qanun”  nəşriyyatında xaricdəki diasporumuzun fəal üzvlərinin fəaliyyətindən bəhs edən yeni kitab ( “Qürbət cənnət olsa da...”, Tirajı 1000 nüsxə) işıq üzü görüb. Şair-publisis t Süleyman Əlisanın qələmə aldığı bu kitabda əslən Masallıdan olan, uzun illərdən bəri Sankt-Peterburqda yaşayan və işləyən Məşkur və Qasıməli Qasımov qardaşlarının keçdiyi həyat yolu, eləcə də Qasımovlar ailəsinin milli-mənəvi dəyərlərə söykənən yaşam tərzi işıqlandırılib. 

Ötən əsrin 80-ci illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Rusiya ali məktəblərində təhsil almağa göndərilən azərbaycanlı gənclər arasında Qasıməli Qasımov da vardı. Bu, bir istinad nöqtəsi oldu və qardaşının ardınca Məşkur da Sankt-Peterburqa gedərək kiçik biznes fəaliyyəti ilə məşğul olmağa başladı. Qardaşlar qürbət diyarda üzləşdikləri çətinlikləri əl-ələ verərək dəf etdilər və çox keçmədən daha böyük uğurlara imza atdılar. 

Kitabda Qasımov qardaşlarının diasporumuzun təşkilatlanması yolunda göstərdiyi səylərdən, onların qazandığı nailiyyətlərdən real faktlar əsasında ətraflı bəhs olunur.

 Masallı torpağının yetişdirməsi olan Məşkur Qasımov SSRİ idman ustasıdır. Yunan-Roma güləşi üzrə Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə yığma komandanın prezidenti, Rusiya Federasiyasının Əməkdar məşqçisidir. Sankt-Peterburqdakı məşhur «Viləş» Şirkətlər Qrupunun prezidentidir. «Sankt-Peberburq Əczaçılıq fabriki» MMC-nin və “Ağac Emalı Holdinq»in təsisçilərindən biri, Leninqrad vilayəti üzrə Azərbaycan Milli Mədəni Muxtariyyəti sədrinin birinci müavinidir. Dünya Azərbaycanlılarının I və II qurultaylarının nümayəndəsi olub

Məşkurun qardaşı Qasıməli də Rusiyanın tanınıb-seçilən şəxsləri ilə bir sırada dayanır. Aramsız elmi axtarışları və dəyərli tədqiqatları nəticəsində texnika elmləri doktoru alimlik dərəcəsi alıb, bir vaxtlar təhsil aldığı ali məktəbin professoru səviyyəsinə yüksəlib. O, Azərbaycan Milli Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının üzvü, Rusiya Federasiyasının Fəxri inşaatçısı, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Güləş Federasiyasının vitse-prezidenti, həmçinin Rusiya Federasiyasının Əməkdar məşqçisidir

Qardaşlar Vətən müharibənin başladığı ilk günlərdən ermənilərin törətdikləri cinayətlər barədə məlumatları, Qarabağla bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırmaq üçün bir neçə mitinqin təşkilatçısı olub, bu istiqamətdə yorulmaq bilmədən çalışıb, diasporun köməyi ilə müvafiq   kitabları çap etdirərək yayıblar. Onlar həyatlarının qürbətdə keçən illərində xoş günlər yaşayanda da doğma el-obanı heç vaxt unutmayıblar, əməllərində xalq və millət sevgisi hər zaman boy göstərib. Kitabda bütün bunlar haqqında söhbət açılır. 

Qasımov qardaşları Masallıda xeyriyyəçilik fəaliyyəti ilə də tanınırlar. Hər il rayonda onların təşəbbüsü ilə Əməkdar idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş ənənəvi güləş turniri keçirilir. Qardaşların maliyyə yardımı ilə Ərkivan qəsəbəsində Qarabağ şəhidlərinin və II dünya müharibəsində həlak olanların xatirəsini əbədiləşdirən abidə kompleksi ucaldılıb, Körpələr evi-uşaq bağçası və idman klubu tikilib (iş adamı Qalib Məmmədovla birlikdə), həmçinin qəsəbə məscidi təmir olunub və digər tədbirlər həyata keçirilib. Müəllif oxuculara bu barədə də məlumatlar verir və onlarla müxtəlif mövzularda söhbətini, xatirələrini təqdim edir. Məşkur Qasımov həm də Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidentidir.

Kitabda milli-mənəvi dəyərlərə qəlbən bağlı olan, xeyirxahlıq və mərhəmət duyğuları ilə yaşayan əsl azərbaycanlı ailəsinin modelini də görmək olar. 

Qeyd edək ki, Süleyman Əlisa diasporumuzun fəaliyyətinə, tariximizə, etnoqrafiyamıza, folklorumuza dair bir sıra digər elmi-publisistik və şeir kitablarının (“Moskvada Azərbaycan dünyası”, “Neva sahillərində görüşlər”, “Təklə eli, tərəkəmə dünyası”, “Göytəpə və göytəpəlilər”,  “Durna yolu”, “Haqq dünyası”, “Mən haqqa güvənmişəm”  və sair)   müəllifidir. 

 

 

Ərkivan məktəblərindəki buraxılış imtahanlarının nəticələri

2 saylı tam orta məktəbin (Bədirli m.) 11-ci siniflərin buraxılış balları elan edilib, məktəbin 5 şagirdi 200 baldan yüksək nəticə göstərib

 

  1. Həsənova Fidan Cavid qızı - 225 bal
  2. Məmmədov Yusif Faiq oğlu - 221 bal
  3. İsmayılova Dəniz Eltac qızı - 212 bal
  4. Kazımova Lalə Kazım qızı - 211 bal
  5. Məmmədov İsmayıl Təhmasib oğlu - 209 bal

 

Masallı rayon Ərkivan qəsəbə Əlvan Bağırov adına 4 nömrəli tam orta məktəbinin (Həsnəküçə m.) 11 - ci sinif  buraxılış imtahanında yüksək nəticə göstərmiş şagirdləri:  

  1. Cavadova Elnarə - 200bal 
  2. Məmmədli Arzu -  248 bal 
  3. Nuriyeva Səbinə - 206 bal
  4. Əmənova Səbiyyə - 256 bal 
  5. Ağayeva Leyla - 218 bal 
  6. Abbasova Şəhla  - 219 bal 
  7. Hüseynova Zinyət - 201 bal 
  8. İbrahimov Eynam - 150 bal

 

C.Cabbarlı adına 1 saylı tam orta məktəbin (Abbaslı m.) 11-ci sinif məzunlarının buraxılış imtahanında 200 baldan yuxarı toplayanların siyahısı:

Həsənova Fatimə Ramal qızı - 245 bal

İsmayılova Əzizə Əzizəli qızı - 217 bal

Hüseynov Əli Anar oğlu - 210 bal

Bağırlı Nəsir Amiq oğlu - 206 bal

 

Ərkivan qəsəbə 3 saylı Bağlaküçə tam orta məktəbindən 200 baldan yuxarı nəticə göstərən olmamışdır

 

Ərkivan 1 saylı, 2 saylı, 4 saylı Tam orta məktəbindən toplam 17 şagird 200 baldan yuxarı nəticə göstərmişdir. Onlardan 11 qız şagirdləridir

 

Məlumatların toplanmasında bizə yaxından kömək göstərdiyinə görə qəsəbənin Ərazi nümayəndəsi və bələdiyyənin əməkdaşları – Əhməd Əhmədov, Elmir Əliyev və Əmrah Mazanova təşəkkürümüzü bildiririk

 

Qeyd: Ərkivan qəsəbəsində görülən və görüləcək işlər üçün qəsəbə sakinləri Masallı İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova minnətdarlıqlarını bildiririlər

 

Elcan Bəhlulzadə və Turan Əlisoy. Cənun.az üçün

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10