Cənub.az-ın bildirdiyinə görə
2024-2025-ci tədris ilinin XI sinifləri üçün keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. Həm 3 mart , həm də 9 mart tarixlərində keçirilən imtahanlarda 43 şagird maksimum nəticəni toplayıb.
O şagirdlərdən biri də Astara rayonu N.Kərimov adına Ərçivan qəsəbə 3 saylı tam orta ümumtəhsil məktəbin şagirdi Əliəkbər Xanağa oğlu Ağayevdir.
Əliəkbəri təbrik edir, təhsildə ona davamlı uğurlar diləyirik! Nuranə Həmidova. cenub.az