Yeni dəmiryolunun birinci mərhələsi 1941-ci ildə qurtardı, ilk qatarla cəbhəyə əsgər apardılar.
İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" Bakı-1989. səh-54
Cenub.az-ın əldə etdiyi məlumata görə
Lənkərana dəmir yolunun çəkilişinə 1940-cı il avqustun 20-dən başlanmış, 1941-ci ilin iyun ayında istifadəyə verilmişdir.Bakı-Astara dəmir yolu öz başlanğıcını Əli Bayramlı (indiki Şirvan) yaxınlığındakı Osmanlı stansiyasından almışdır. Yol çətin və ağır şəraitdə çəkilmişdir. Osmanlıdan Astarayadək 40-dən artıq körpü çəkilmiş, Salyan şoranlığı, Lopatindəki bataqlıqlar aradan qaldırılmışdır. Dəmir yolu üçün torpaq işləri əsasən əllə görülmüşdür.
Lənkəranda 3 stansiya və stansiya nəzdində 1 blokpost-Port-İliç (indiki Liman) stansiyası daxildir.
Lənkəran stansiyası dəmiryol sahəsinin 153-cü kilometrliyində yerləşir.
Lənkərana gələn və yola salınan yüklərin təqribən 50 faizi Girdəni (Göyşaban) dəmiryol stansiyasından keçir. Stansiyada 7 dəmiryol xətti vardır, yan dəmiryol xətləri də mövcuddur.
Mirhaşım Talışlı
Etibar Əhədov
Lənkəran: Ensiklopedik məlumat. Bakı-2014. səh-114
P. S.
Eşitdiyimə görə Stalin 1943 Tehran konfransına burdan gedib.
Bu dəmiryol xətti Astarada 162 km uzunluğunda olan Rəşt-Astara və uzunluğu 358,5 km olan dəmir yoluna birləşəcəkdir.
P. S. -2
Bakı-Ağstafa, Bakı-Qalakənd köhnə dəmir yol xəttləri yenidən qürülür, təmir olunur. Yeni Bakı-Qəbələ dəmir yol xətti çəkilir
Teymur Əkbərov cenub.az