Cenub.az ın əldə etdiyi məlumata görə ATİAHİ-nin Bakı şəhəri Xətai Rayon Komitəsinin yeni sədri seçilib
Sehran İxtiyar oğlu Səfərov 1979-cu ildə Masallı rayonun Xıl kəndində anadan olub. O, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə bakalavr təhsili alıb. Tələbəlik illərində müxtəlif ictimai işlərdə fəal iştirak edib və dövri mətbuatda müxbir kimi çalışıb.
Cenub.az bildirir ki, S.Səfərov 2000-ci ildə Şotlandiyanın Azərbaycandakı "Carribin Corporation" podratçı şirkətində inzibati vəzifədə işləyib.
2000-2001-ci illərdə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəllimlərin təkmilləşdirilməsi və ixtisasdəyişmə kurslarında tarix müəllimliyi üzrə təhsil alıb. 2001-ci ildən pedaqoji fəaliyyətə başlayan Sehran Səfərov 2020-ci ilə qədər dövlət təhsil müəssisələrində müəllim kimi çalışıb.
2003-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda işləyib. 2005-2007-ci illərdə Kanadanın Azərbaycanda fəaliyyət göstərən “Qlobal Source Net” humanitar şirkətində çalışıb. 2010-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində “Azərbaycanda siyasi proseslər” ixtisası üzrə magistratura təhsili alıb. Həm bakalavr, həm də magistratura illərində ixtisası üzrə elmi məqalələri, konfrans materialları və tezisləri elmi nəşrlərdə dərc olunub.
Müəllimlik fəaliyyəti dövründə yerli və beynəlxalq konfranslar, seminarlar və təlimlərdə iştirak edərək müvafiq sertifikatlar alıb. Təhsil sahəsində keçirilən bir neçə müsabiqənin qalibi və layihələrin iştirakçısı olub. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan məktəb direktorları təlimlərində iştirak edərək "Uğur Sertifikatı" əldə edib.
2004-2020-ci illər ərzində dövlət təhsil sahəsi ilə paralel olaraq özəl təhsil sahəsində də həm müəllim, həm də rəhbər kimi fəaliyyət göstərib. Bununla yanaşı, jurnalistlik fəaliyyətini də davam etdirib. 2014-2018-ci illərdə AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsində qiyabi doktorantura təhsili alıb və kiçik elmi işçi kimi çalışıb. Dissertasiya mövzusuna dair bir neçə elmi məqaləsi və konfrans materialları yerli və beynəlxalq jurnallarda dərc olunub.
2020-ci ilin iyun ayından 2024-cü ilin oktyabr ayına qədər Elm və Təhsil Nazirliyinə tabe “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalında müxbir redaktor və baş redaktor vəzifələrində çalışıb. Baş redaktor olduğu müddətdə bir sıra elmi-metodik məqalələri dərc edilib. Nazirlikdə çalışdığı dövrdə təşkil olunan konfrans, seminar və forumlarda fəal iştirak edib.
2024-cü ilin oktyabr ayından 2025-ci ilin aprel ayına qədər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin “Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi”ndə aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.
Sehran Səfərov 2010-cu ildə təhsildəki xidmətlərinə görə Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub. 2024-cü ildə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la, eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev tərəfindən işindəki səmərəli fəaliyyətinə görə "Təşəkkürnamə" ilə təltif olunub.
İngilis dili biliyi üzrə bir sıra beynəlxalq sertifikata malikdir.
Ailəlidir, üç övladı var.
Sehran Səfərova yeni vəzifəsində uğurlar arzulayırıq!
Xatırladaq ki, 1 il öncə Fəxrəddin Eyvazov ABŞERON rayonunda eyni vəzifəyə seçilmişdi.
Hazırladı: Turan Əlisoy. Cenub.az.