Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda "su idərəsi”nin sabiq müdirlərinə hökm oxundu-( 2ildən 11 ilə qədər)


Söhbət miyonlarla manatlıq mənimsəmələrdən gedir.
Cenub.az banker.az-a istinadən xəbər verir ki 

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim 
Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ağabəy Ağayev 3 il şərti olmaqla 8 il 6 ay, Mahir Əliyev 11 il 6 ay, Əjdər Fətullayev 10 il 6 ay, Sədrəddin Ağababayev 3 il şərti olmaqla 10 il, İsmayıl Əlizadə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən Mahir Əliyev, Əjdər Fətullayev məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Onun 2 milyon 215 min manat dəyərində əmlakı msadirə olunub. Eyni zamanda, Mahir Əliyevin 236 min manat dəyərində əmlakı müsadirə olunub.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10