
Rusiyanın Xabarovsk vilayətində yay düşərgəsində güclü yanğın olub. AYNA APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 11-13 yaş aralığında dörd uşaq müxtəlif dərəcələrdə yanığ xəsarəti alıb, biri isə ölüb.
Məlumata görə, "Xoldomi” düşərgəsində uşaqlar üçün qurulmuş 26 çadırdan 20-si yanıb. Yaralılar Solneçno rayon xəstəxanasına çatdırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşının sözlərinə görə, yanğın zamanı düşərgədə 189 uşaq olub. Onlar müvəqqəti olaraq istirahət mərkəzindəki bir kotecdə yerləşdirilib, çadırla təmin ediliblər.