Hər il Masallı rayonunda 22 iyul - Mətbuat Günü özünəməxsus qaydada keçirilirdi. Belə ki, cənub bölgəsində fəaliyyət göstərən regional müxbirləri, eləcə də yerli jurnalistlər bir araya gələr, Masallının son illər əldə etdiyi uğurlarla tanış olar, hədiyyələr alar, rayonu olduqca xoş təəssüratla tərk edərdilər. Bu ənənə 2012-ci ildən bəri 6 ildir ki, davam edirdi. Belə maraqlı ənənəyə səbəb kimi də onun göstərirdilər ki, Masallının icra hakimiyyətinin başçısı cənab RafilHüseynovun ilk ixtisası jurnalistdir, bu addımı ilə də o, jurnalist peşəsinə ehtiramını göstərir.
Lakin bu ilki Mətbuat Bayramında həmin tədbir baş tutmadı. Görən səbəb nədir? Rayon həmin rayon, başçı yenə də ilk ixtisası jurnalist olan şəxs. Dəyişən isə təkcə odur ki, bu işlərin əsas təşkilatçısı olan Nəsir Muxtarlı hazırda bu aparatda çalışmır, yeni iş yerində Prezident Administrasiyasında işləyir. Doğrudanmı??? Nə isə.
Masallıya gəlmək istəyən jurnalistlər nahardan bəri mənə az qala aramsız zəng vurur ki, tədbirdən nə xəbər? Cavab verə bilmirəm. Daha doğrusu, dedim ki, tədbir bir yana, heç təbrik eləyən yoxdur. ABŞ-dan, Moskvadan, Türkiyədən... təbriklər gəlsə də. 8 sayt ABŞ-dan saytımızla yazılan yazı paylaşılsa da, doğma rayonumuzda jurnalistə təbrik deyən yoxdur.
Bəlkə Mətbuat günü olduğunu unudublar? Bəlkə Masallı icra hakimiyyətdəkilər çox kasıblayıb, ya əksinə, “bütövlərə” əl vurmağa ürəkləri gəlmir?
Bütün bu suallara aydınlıq gətirmək üçün axşamüstü Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Adəm Məhərrəmova zəng vurduq. Onun bildirdikləri:
- Mətbuat bayramın unutmamamışıq. Sadəcə bir qədər texniki çətinlik oldu. Bir az gec də olsa, bayramdan sonraya təsadüf etsə də, biz həmin tədbiri elə himin qaydada iyulun 24-də reallaşdırmağa çalışacağıq.
Təki elə olsun.
Yazının sonunda ötən il Mətbuat Günündə keçirilən tədbirdən xatirə şəkilləri paylaşırıq.
İş olmayan yerdə xatirə də bir təsəllidir.
Zahir Əmənov