Bu, son illərin ən gözəl deyimlərindən biridir. Nə yaxşı ki, qədirbilən xalqımız öz əməlləri ilə sübut edir k, öz qəhrəmanlarına, şəhidlərinə həmişə dəyər verir, ehtiram göstərir.
Bu günlərdə Masallı rayonunun Tüklə İnzibati Ərazi Dairəsinə daxil Məmmədoba kəndində “Şəhidlər bulağı”nın açılışı da bu ehtiramın təzahürü idi.
Xatırladaq ki, Tüklə İnzibatı Ərazi Dairəsi Tüklə və Məmmədoba kəndlərini əhatə edir.
Bu ərazinin Qarabağ savaşında 12 şəhidi var və şəhidlərin adını əbədləşdirmək üçün ardıcıl işlər görülür. Həm şəhid, həm də Qazi ailələrinə vaxtaşırı yardımlar göstərilir.
Məmmədoba kəndində inşa edilən şəhidlər bulağı da, onun açılışına toplaşan insanların çıxışları da bu ehtiramın təzahürü idi.
Bu kiçik dağ kəndinə Tanrı gözəllik verəndə də heç nəyi əsirgəməyib- dağ, meşə, bulaqlar...
Bu kəndin ən böyük sərvəti zəhmətkeş, saf, qədirbilən insanlardır.
Kənd bəzi sosial problemlər yaşasa da, yerli xeyriyyəçilər zaman-zaman bu problemləri yüngülləşdirmək üçün xeyli xeyirxah addımlar atırlar,
Şəhidlər bulağının açılışına çoxlu insan gəlmişdi- dindarlar da, jurnalistlər də, şairlər də, müəllimlər də, şəhid valideynləri də.
Kənd xeyriyyəçilərinin vəsaiti ilə tikilən bu bulağın inşasında kənd sakinlərinin çoxunun zəhməti olsa da Hacı Elşad Şəfəqqətovun zəhmətini və təşkilatçılığını xüsusi qeyd etmək istərdim.
Hər şəhidin xatirəsinə onun şəkilləri olan xalçanın toxunması, suvenrinlər hazırlanması, bir-birindən maraqlı kompozisiyaların qurulması tədbirə xüsusi rəng verirdi. 2 saata yaxın davam edən bu tədbir xeyli kövrək məqamlarla yadda qaldı.
Allah Şəhidlərimizi rəhmət eləsin, onlarını xatirəsini əbədiləşdirən, onların ruhuna ehtiram göstərən insanlara da Allahdan daha uzun və dəyərli ömür arzulayırıq.
Tədbirdən çəkilmiş kiçik süjeti də yazıya əlavə edirik. Link burada-
Turan Əlisoy.cenub.az