Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şahbaz Xuduoğlunun mənimsənilən 4500 manatı qaytarılıb O, DİN rəhbərliyinə təşəkkür edib


“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun mənimsənilən 4500 manatı qaytarılıb.

"Report"un məlumatına görə, bir müddət əvvəl Ş.Xuduoğlu bir neçə şəxs tərəfindən 4500 manatının mənimsənilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Onun müraciətindən sonra Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb.

Ş.Xuduoğlunun 4500 manatı qısa müddət ərzində qaytarılıb.  

Ş.Xuduoğlu DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10