
Birləşmiş Ərəb Əmirlikləri 24 iyul tarixində xurma palmasının toxumlarını kosmosa göndərəcək.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, toxumlar ABŞ-ın Kanaveral burnundan qalxacaq “Falcon-9” raketi ilə nəql ediləcək. Tədqiqatın bir hissəsi kimi alimlər iki ay ərzində xurma toxumlarını kosmosda saxlayacaq. Bitkilər daim mütəxəssis nəzarəti altında olacaq.
Elm adamlarını xurmanın ekstremal şəraitdə inkişaf edib-edə bilməyəcəyi maraqlandırır.
Xatırladaq ki, BƏƏ 2017-ci ildən bəri Marsı məskunlaşdırmağa hazırlaşır. Hazırda mütəxəssislər “Mars elmi şəhəri” (Mars Scientific City) layihəsi çərçivəsində Qırmızı planetdə həyat şəraitinin yaradılması üzərində işləyir.
Sultan Laçın