Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Moskvada etiraz aksiyaları davam edir



Dünənki aksiyada 22 min 500 insanın iştirak etdiyi bildirilsə də, polis yürüşə 12 min insanın qatıldığını açıqlayıb

 

Moskva şəhərində davam edən etiraz aksiyasına minlərlə insan qoşulub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, həftə sonu minlərlə insanın paytaxt Moskvada küçə yürüşlərinə qatılması, müxalif siyasətçilər və yerli mətbuat tərəfindən “son illərin ən izdihamlı aksiyası” kimi dəyərləndirilib.

 

Qeyri-hökumət təşkilatı “White Counter” dünənki aksiyada 22 min 500 insanın iştirak etdiyini bildirsə də, polis yürüşə 12 min insanın qatıldığını açıqlayıb.

 

Müxalifət lideri Aleksey Navalni etiraz aksiyasına qatıldıqdan sonra şəxsi “Twitter” hesabından açıqlama yayıb: “2012-ci ildən bu yana belə izdihamlı yürüşdə iştirak etməmişdim. On minlərlə moskvalının hadisələrə səssiz qalmadığını, təhqir olunmağı qəbul etmədiyini görməkdən çox məmnunam”.

 

Qeyd edək ki, Moskva-Duma bölgəsində keçiriləcək seçkilərdə iştirakı qadağan edilən 30 namizədə görə yerli əhali etiraz aksiyalarına başlayıb. Mərkəzi Seçki Komissiyası namizəd olmaq üçün tələb edilən 5 min imza öhdəliyini yerinə yetirən müxalif namizədlərin saxta və ya ölmüş şəxslərə aid imzalar topladığını bildirib.

Müəllif: Ayna.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10