Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DTX polkovnikinin işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır



Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi həbs edilib.

Cenubxeberleri-nin  Criminal.az-a istinadən məlumata görə, şöbə rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.

Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır.
Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.
Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.

DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10