Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alamaniyada azərbaycanlı qadın özünü öldürüb



Almaniyanın Deggendorf şəhərində qaçqınlar düşərgəsində yaşayan azərbaycanlı Hümail Məmmədova intihar edib. Bu barədə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

 
AYNA bizimyol.info-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Hümail Məmmədova iki gün öncə dərman içərək özünə qəsd edib. Saxlandığı qaçqın düşərgəsində psixoloji təzyiqlərə, Miqrasiya İdarəsində ona qarşı münasibətlərə etiraz olaraq bu addımı atdığını deyən H.Məmmədovanı xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb, iyulun 21-də xəstəxanada vəfat edib.
 
Əlövsət Əliyevin sözlərinə görə, H.Məmmədova xəstəxanaya aparılan zaman 9 yaşlı qızının Almaniyada yaşayan bacısına verilməsini xahiş edib.


Hümail Məmmədova (sağda)
 
“Bu gün başqa bir azərbaycanlı xanım da Berlin şəhərində özünə qəsd edib. Hazirda xəstəxanadadir. Bu, son 10 gündə Almaniyada 3-cu intihara cəhd hadisəsidir”, – Əlövsət Əliyev deyib.
 
H.Məmmədovanın Almaniyaya getməmişdən öncə Azərbaycanda Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işlədiyi, gizir rütbəsi daşıdığı bildirilir.
 
Almaniyada yaşayan azərbaycanlılar iyulun 22-də Deggendorg şəhərində etiraz aksiyası keçirməyi planlaşdırır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10