İran Hörmüz boğazında “Stena İmpero” tankerinin saxlanmasından sonra hadisələrin istənilən cür inkişafına hazırdır. AYNA axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Britaniyadakı səfiri Həmid Baidinejad deyib.
Onun sözlərinə görə, hazırda Britaniya hakimiyyəti tankerlərlə bağlı iki ölkə arasında konflikti alovlandırmağa çalışan qüvvələrin qarşısını almalıdır.
“Region üçün çətin bir vaxtda bunlar çox təhlükəli və məntiqsizdir”, – səfir bildirib