Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyan görün Azərbaycana qarşı NƏ ETDİ - Bu dəfə...




Politoloq: “Görün, nə dərəcədə həyasız siyasətçidir ki...”

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh oyunbazlığı davam edir. Son vaxtlar daha qabarıq görünən bu yalançı konstruktivlik paralel surətdə Azərbaycanın suçlanması fonunda özünü büruzə verməkdədir. Bu da növbəti fakt. 

“Azərbaycan "Dünyanın kəsişməsi" layihəsinin Ermənistana on milyardlarla dollar gəlir gətirə biləcəyindən narahatdır".

Belə bir absurd iddianı Paşinyan ötən həftəsonu İrəvanda keçirilən “Dünyanın kəsişməsi: Təhlükəsizlik və demokratiyanın birləşməsi” konfransı zamanı irəli sürüb.

Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın narahatlığı ikitərəflidir: “Bir tərəfdən, Azərbaycan ciddi şəkildə düşünür ki, əgər Ermənistanın strateji perspektivdə ona qarşı təcavüzkar planları varsa, bu vəsaitlər ona qarşı istifadə oluna bilər, digər tərəfdən, Azərbaycanın Ermənistana qarşı təcavüzkar niyyəti varsa, milyardlarla vəsait Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə oluna bilər ki, bu da onun (Bakının - red.) təcavüzkar planlarının həyata keçirilməsində problemlər yaradacaq”.

Nikol Paşinyan ardınca yenə köhnə bayatını oxuyaraq iddia edib ki, “Ermənistan Azərbaycana və ümumilikdə region ölkələrinə qarşı hər hansı təcavüzkar niyyətinin olmadığını dəfələrlə bəyan edib”.

“Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı de-yure öhdəliklər götürməyə hazırıq. Üstəlik, Ermənistan bəyan edir ki, işğal olunmuş ərazilərinin hərbi yolla geri qaytarılması məsələsini gündəmə gətirmir (guya Azərbaycan Ermənistan ərazisinə girib! - red. ), çünki delimitasiya prosesində Azərbaycanla imzaladığımız sənəd bu prosesin dinc, hüquqi əsaslarla baş tutması üçün hər cür imkan yaradır. Ancaq Azərbaycan həm Ermənistan ərazisindən yolların açılmasını, həm də Ermənistanın blokadada qalmaqda davam etməsini (? - red.) istəyir. Bu, məntiqsiz yanaşmadır və Ermənistan üçün məqbul sayıla bilməz”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

 Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan həmişəki ziqzaqlı mövqeyini davam etdirir: "Bir tərəfdən dünyanın nəzərində Ermənistanın guya sülhpərvər, qonşularına ərazi iddiası olmayan dövlət olduğunu yeritmək istəyir, o biri tərəfdən Azərbaycanla sülhün baş tutmaması üçün addımlar atır. Azərbaycana qəbul edilməsi mümkün olmayan təkliflərin irəli sürülməsi, Azərbaycanın Ermənistanın ərazisini işğal etdiyinin Paşinyan tərəfindən iddia edilməsi, konstitusiyada, dövlət gerbində Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddialarının ləğv edilməsindən imtina olunması da sülhdən yayınmaq üçündür. Görün Paşinyan nə dərəcədə həyasız siyasətçidir ki, öz ölkəsinin konstitusiyasında qonşu dövlətə qarşı ərazi idddiası olmasına baxmayaraq həyasızcasına deyir ki, Ermənistanın qonşularına qarşı ərazi iddiası yoxdur, olası deyil. Azərbaycana böhtan atmaqda yorulmur bu şəxs. Zəngəzur dəhlizi istifadəyə verilsə, bundan ən çox maddi qazanc götürən Ermənistan olacaq. Azərbaycan Ermənistanın maddi gəlir götürməsindən qorxursa, elə ilk növbədə Zəngəzur dəhlizinin açılmasını istəməz. Paşinyanın bir iddiasını da bu arqument puça çıxarır və məntiqsiz olduğunu sübut edir”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10