
Masallı rayonunun Qızılavar kəndində yanğın olub.
Cenubxeberlerii.com Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ümumi sahəsi 320 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və ərazidə 100 ədəd çinar ağacı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.