Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eks-spiker Elçibəyin müdafiəsinə qalxdı – “Onun KQB agenti olduğunu iddia etmək absurddur!”



“Onun vəzifəyə qoyduğu naşıların sonradan Elçibəyi satmağları ona çox ağır təsir etmişdi”

AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Rəsul Quliyev sosial şəbəkə hesabından Leyla Yunusun fikirlərinə sərt cavab verərkən deyib:


“Əbülfəz Elçibəyin lider, prezident kimi çatışmayan cəhətlərindən kifayət qədər danışmaq olar. Ancaq onun KQB-nin agenti olduğunu iddia etmək absurddur. Əbülfəz bəy xaricdə (tərcüməçi işləyəndə) KQB tərəfindən “verbovat” olunub ideyasının heç bir fundamenti yoxdur. Xaricdə işləməyə göndərilən istənilən Sovet vətəndaşı getdiyi ölkədə baş verənlər barəsində KGB və ya XİN-nə məlumat verməli idi, bu işi görmək onun bir vətəndaş kimi borcu idi. Onun üçün agent olmaq lazım deyildi.  Agent o adamları edirdilər ki, o işlədiyi təşkilatda Sovet vətəndaşlarından danos yazsın. Elçibəy Misirdə hərbiçiləri tərcümə edirdi, hərbiçilərin özlərinin KGB kimi kəşfiyyat idarəsi var idi və onlar KGB-ni distansiyada saxılayırdılar. Ona görə Elçibəyin KGB-nin ağenti olmasını iddia etmək olmaz. “ 

R.Quliyev Elçibəyin heç bir “klan”a aid olmadığını və həbsdən azad olmağının tapşırıqla çıxmasına aidiyyatı olmadığını bildirib: 


“Elçibəyi tanıyanlar onun hər hansı bir klanın üzvü olmaq istəyinin sıfırdanda aşağı olduğunu bilirlər. Elçibəy Qamsaxurdiya və başqa disidentlər (ölkədən qovulan) kimi bu rejimə təhlükə yarada bilmək səviyyəli disident deyildi, ona görədə onu zindanda uzun müddətli saxlamağın heç bir mənası yox idi. Elçibəy xalqını, vətənini sevən adam idi, buna heç bir şəxsin şübhəsi olmamalıdır.”
Eks-spiker Elçibəyin prezidentlikdən məhrum olmağına səbəb kimi öz yanında işə aldığı vəzifəli şəxsləri görür:
“Elçibəyin nə idarəçilik təcrübəsi var idi nə də idarə etmək həvəsi. Ətrafına yığdığı özündəndə təcrübəsiz adamların hərəsinin ağzından bir avaz gələndə çaşıb qalırdı və heç bir qərar qəbul edə bilmirdi. Ən böyük fəlakət bu insanların sıfır bacarıqla ağlasığmaz ambisiyalarının olması idi. Bu komanda ilə onun hakimiyyətdə bir il qala bilməsi möcüzə idi.


Hətta mərhum prezidentin ona satılmasından şikayətləndiyini də vurğulayıb:
“Onun vəzifəyə qoyduğu naşıların sonradan ambisiyalarının qurbanı olub Elçibəyi satmağları ona çox ağır təsir etmişdi və bizim Vaşinqtondakı axırıncı görüşümüzdə bu barədə çox təəsüflə danışırdı.”
Tanınmış siyasətçi sonda onu qeyd edib ki, eks-prezidentin Heydər Əliyevin adamı olması fikri kökündən yalnışdır və onun Bakıya gəlməsini ən çox istəməyən adamlardan biri də məhz Əbülfəz Elçibəy olub:
“Elçibəyin səhvləri olub, ancaq onun özünün hansı isə maraqı naminə xalqının əleyhinə iş görməsini iddia etmək düzgün deyildir. Əliyevin adamı olması barədə deyilənlər əfsanədir. Əliyevin Bakıya gəlməsini istəməyən bir nömrəli insan Elçibəy idi. Təəssüf ki, ətrafındakı cırtdan siyasətçilər onu bu işi görmək məcburiyyətində qoymuşdular.”
 
AnTV.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10