Əksəriyyəti 3 aylıq müqavilə ilə həmin
təşkilatlara rəhbər təyin olub
Son vaxtlar əslən masallılı olan şəxslər yeni vəzifələrə təyinat alıb. Belə ki, Masallı YAP-in sədr müavini İlkin Əzizov Salyanda yerləşən Su Sistemləri idarəsinə, Rusif Kərimovhəmin Agentliyin Masallıdakı Su Sistemləri Istismarı idarəsinin rəhbəri vəzifəsindən azad edilərək Lerik rayonunda eyni vəzifəyə təyinat alıb.
R. Kərimovun Masallıdakı vəzifəsinə isə Akif Leysanovahəvalə olunub.
Bir məqam da maraqlıdır ki, Masallıdakı “Suvarma idarəsi”nə30 ilə yaxındır ki, ərkivanlı və xocavarlılar arasında yerlər dəyişməklə idarə olunur. Belə ki ötən əsrin sonunda bu idarəyə ərkivanlı Ağabəy Ağayev, daha sonra xocavarlı Mahir Əliyev,Mahir müəllimdən sonra ərkivanlı Rusif Kərimov müdir təyin edilib. Hazırda isə həmin vəzifə xocavarlı Akif Leysanatapşırılıb.
Masallı, Lerik və Salyan rayonlarındakı “Su idarələrini” rəhbərliyinə təyinat alanlara bu vəzifə 3 aylıq müqavilə iləetibar edilib.
Bir daha xatırladırıq ki, Masallı “Su idarəsinin” əvvəlki rəhbərləri - Ağabəy Ağayevin və Mahir Əliyevin küllü miqdarda (Bəzi məlumatlara görə milyonluq) mənimsəyə görə cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.
Masallı Polis Şöbəsinin sabiq sabiq rəis müavini Elvin Əzimovisə Bakının Nərimanov rayonunun 17-ci polis bölməsinə rəis müavini vəzifəsinə təyin olunub.
Həmçinin xatırladaq ki, Qoşqar Hətəmov LARTİ-nin Masallı sektorunun müdiri vəzifəsindən azad olunub. Həmin vəzifəyə isə LARTİ-nin mühasibatlığında çalışan, iqtisadçı əslən masallılı Elnur Manafov təyinat alıb.
Hazırda Masallı şəhər 1 saylı və şəhər 3 saylı tam orta məktəbləri də daxil boş olan 15 direktor yerinə təyinatlar olacağı gözlənilir.
Cenub.az. Zahir Əmənov