Bazar ertəsi   30 dekabr 2024   14:33:19  

Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi – FOTOLENT


Ermənilər onun adını dəyişsələr də, varlığını saxta tarixlərinə “yapışdıra” bilməyiblər

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Qarabağ xanlığının şərq sərhədlərini qorumaqla yanaşı, şərqdən xanlığa açılan qapı rolunu da oynayıb.

Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşən Əsgəran qalası Qarqar çayının hər iki sahilində ucalır. Qala müəyyən məsafələrdə ikimərtəbəli bürclərlə möhkəmləndirilib. Bu bürclər isə bir-biri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib. Qalanın orta hündürlüyü 9 metr, qala divarlarının eni isə 2 metrdir.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində, bir çox abidələr kimi Əsgəran qalası da düşmən əlinə keçib. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Ermənilər Əsgəran qalasını özününküləşdirməyə çox cəhd göstərsələr də, saxta tarixlərinə heç cür “yapışdıra” bilməyiblər. Qalanın adını dəyişiblər, lakin onun kim tərəfindən, nə zaman, hansı formada inşa edilməsinin üstündən həmişə sükutla keçiblər.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.

Hazırda Qarabağa səfər edən turistlərin ən çox dayandıqları ərazilərdən biri Əsgəran qalasıdır. Kütləvi axın və məsuliyyətsiz turistlərin ucbatından qalanın ətrafı zibillənib.

Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi –
Müəllif: İlham Mustafa





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: cenubzahir@mail.ru
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10