Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı gənc Rusiyada qətlə yetirildi



azerbaycanli-genc-rusiyada-qetle-yetirildi

Oxunma sayı: 3829


Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb.

Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.

Mərhumun yaxınlarının saytımıza verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10