Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kökə köşələr - 1 Sübut nə çətin imiş



Yəqin ki, köşə yazının nə olduğunu bilirsiniz. Kimi deyir, müəllif yazısı, kimi deyir müəllifin subyektiv fikri, fərdi baxışı, qəzetin hər hansı səhifəsinin künçündə verilən yazı və s. Bir də var “kökə”. Daha balaca, daha dadlı, çörəkdən və şəkərdən hazırlanmış qənnadı məhsulu.

Bu gündən xüsusi rubrikada sizə təqdim etməyə çalışacağım yazılar isə həmin köşələrin daha kiçik forması olan, “Kökə köşələr”dir

Beləliklə

Kökə köşələr -1

Sübut nə çətin imiş

Hələ BDU-da oxuyanda 5-10 saat hüquq dərsi keçəndə müəllim müxtəlif misallarla bizə  çatdırdı ki, nəyisə sübut etmək elə də asan deyil.

Elə bu günümüzə nəzər salar-

-Kasıb ünvanlı yardım almaq üçün kasıb olduğunu sübut eləyə bilmir.

- Ölkəmizdən xaricə milyardlar daşınsa da heç bir varlı milyonçu olduğunu sübut edə bilmir.

Ağıllı ağıllılığnı sübut edə bilmir ki, o, mən daha çox diqqətə, daha çox hörmətə layiqəm.

Axmağa  sübut edə bilmirsən ki, neçə diplomun, neçə titulun olsa da, sən “buralıq” deyilsin.

Eləcə də, şəraitdən asılı olaraq sağlam sağlamlığını,  əlil əlliyini, ruhi xəstələrin bir çoxU “dəli” olduğunu sübut edə bilmir ki, “dəlidir”, onu ruhi dispanserə qəbul etsinlər. 

Deməli, kərə yağı satan bir yaşlı qadın var. Bir dəfə ofisə gəlib, mənə çoxu su olan 2 kq. kərə yağı satdı. 3 gün sonra küçədə rastlaşıb irad bildirdim, üz-üzmə dirəndi ki, o mən deyiləm, bacımdır, mənə oxşayır.

“Mama Rozalar” televiziyadan adama namus-qeyrət dərsi keçir.

Hamı- müəllim də, icra başçısı da, polis rəisi də, prokurorda, idarə müdiri də... hamı düzlükdən danışır. Düşünrsən, bəs rüşvətxor, korrupsioner kimdir ki, gecə-gündüz onlardan danışırlar.

Hətta bir dəfə məşhur iş adamı Hacı Mazan Zeynalov sübut edə bilmirdi ki, Hacı Ramazan elə o özüdür.

Yaxud, Rusiyada birini araq satanda tuturlar, deyir ki, mən satmırdım, alırdım.


Sovet dövründə bir siyasi lətifə var idi. SSRİ-nin rəhbəri Xruşşov ABŞ-a səfərə gedir. Ziyafət zamanı stolun üstündə qızıl qaşıqlar olur. Xruşşovun naziri Molotov qızıl qaşıqlardan birini qoyur cibinə.  Bunu Xruşşov görürür, eyni hərəkəti o da edir. Bunu xidmətçi də  görüb Xurruşova iradını bildirəndə o, deyir ki, mən gözbağlayıcı oynayıram. Bax, bu qızıl qaşığı cibimə qoydum, siz gedib yoxlayın, o, Molotovun cibindən çıxacaq.

Zahir

Növbəti “kökələr”-

-Baş balaca nöqsanlar

-Rüşvətun son modelləri

- Söyüş “sərgisi”

-Yola ver






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10