Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Uğur” kurslarının “Maraqlı görüşlər” klubu||--||


Bu ildən Masallı rayonunda fəaliyyət göstərən “Uğur” bilik kurslarının fəaliyyət müddəti qısa olsa da, bu tədris mərkəzi artıq bir sıra maraqlı tədbirlərə start verib. Belə ki, oktyabrın 28-də kursda təhsil alan 11-ci sinif şagirdləri “Viləş” istirahət mərkəzində yeni təşkil etdikləri “Maraqlı görüşlər” klubunun ilk görüşlərini keçiriblər.

Kursun təsisçisi və baş direktoru Tural İsayev:

- Məqsədimiz kursda təhsil alan şagirdlərə təkcə seçdikləri ixtisaslar üzrə bilik vermir. Biz çalışırıq ki, kursa gələn şagirdlərin müasir dünyagörüşünün formalaşmasın da əhəmiyyətli rol oynayaq. Ona nail olaq ki, buradakı şagirdlər nümunəvi davranış qaydalarından tutmuş mədəniyyətimiz, tariximiz, mətbuatımız, musiqimiz, dünyada baş verən proseslər barədədə kifayət qədər məlumat alsınlar. Həmçinin ona nail olmaq istəyirik ki, hər bir şagirdin hansı sahədə istedadlı olduğu dəqiqləşsin. “Maraqlı görüşlər” klubu bu sahədə ilk, lakin dəyərli addım oldu. Tədbirin moderatorları, qonağımız, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov və “Uğur”un icraçı direktoru Nahidə Məmmədova idi. Onlar öz təcrübələri barədə uşaqlar qarşısında maraqlı çıxış etdilər və şagirdlərin suallarını cavablandırdılar.

- Tədbir çərçivəsində təşkil olunmuş viktorina, iştirakçılar ifa etdiyi mahnılar, söylədiyi şeirlər tədbirin daha yaddaqalan olmasına zəmin yaratdı.

Qaliblər sonda qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Tədbirdə uşaqların təklifləri və arzuları da dinlənildi. “Maraqlı görüşlər”-in ilk tədbirindən çox razı qalan şagirdlər təklif etdi ki, belə tədbirlər daha tez-tez, daha geniş, daha rəngarəng formada keçirilsin. Belə tədbirlərdə yüksək fəallıq göstərən şagirdlərin qonşu rayonlara, eləcə də xarici ölkələrə ekskursiyaları təşkil olunsun. Həmçinin “Uğur”un facebook səhifəsi yaradılsın ki, burada görülən işlərdən hamı operativ və ətraflı məlumat ala bilsin.


“Uğur” kurslarının “Maraqlı görüşlər” klubu||--|| 


 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10