Azərbaycan və Ermənistanın kommunikasiyanın açılmasını – Zəngəzur dəhlizi məsələsini sülh sazişindən çıxarması və sonraya saxlaması Paşinyan hakimiyyətinin qorunması məqsədi daşıyır.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr iddia edir ki, Paşinyan Qərb müttəfiqlərini inandırıb ki, kommunikasiyanın açılması ilə bağlı məsələ onun hakimiyyətinin “məzar daşı” ola bilər.
“Hakimiyyətdəki mənbələrimizdən öyrəndik ki, Paşinyan Qərb tərəfdaşlarına Ermənistandakı sorğuların nəticələrini təqdim edib. Bu sorğulara görə, onun hakimiyyətinin reytinqi minimuma enib. Paşinyan izah edib ki, növbəti güzəşt ölkə daxilində fövqəladə səviyyədə qarşıdurma yarada bilər. Buna görə Azərbaycan və Ermənistan gizli şəkildə anlaşıb. Razılaşmaya görə, tərəflər sülh sazişini imzalayır, mübahisəli məsələləri isə sonraya saxlayır. Beləliklə, Zəngəzur dəhlizi gündəmdən çıxmır, sadəcə bir qədər təxirə salınır ki, daha sonra bunu reallaşdırmaq mümkün olsun”, - nəşr iddia edir.
Asif