Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milli Məclisdə 89 yaşlı deputat: Hamı ondan danışacaq - FOTO



Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq. 

Yenisabah.az xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb. 

Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var.  Klinikalar

“Yeni Sabah” xəbər verir ki, həmin şəxslərdən biri - akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib. 

Qeyd edək ki, Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırışda Milli Məclisin deputatı olub. O, parlamentin İqtisadi-siyasət, Sənayə və sahibkarlıq komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvüdür. 

Ziyad Səmədzadə 2020-ci ildə keçirilən parlament seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb. 

Ziyad Səmədzadə sentyabrın 1-də deputat seçiləcəyi və 5 illik müddəti sağ-salamat başa vuracağı təqdirdə, Milli Məclisin tarixində ən yaşlı deputat kimi qalacaq. Həmin vaxt akademikin 89 yaşı olacaq. 

Nazim Hacıyev 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10