Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmizdə kimlərin namizədliyi qeydə alınıb, kimlərin imzaları araşdırılır?



Avqustun 2-si, 18 – 00-da deputat olmaq istəyənlərin imza vərəqələrini  təhvil vermək müddəti başa çatıb. 

Masallılar üçün maraqlı olan 73 saylı Masallı- Cəlilabad, 75 saylı Yardımlı-Masallı və 74 saylı Masallı Seçki Dairələrində vəziyyət necədir?

75 saylı Yardımlı-Masallı  Seçki Dairəsi

Bu dairədən millət vəkili olmaq istəyən 17 nəfərdən  8 nəfərin topladığı imza vərəqləri DSK-ya təqdim olunub

Bir neçə  nəfər isə imza vərəqələrini götürsə də  sonradan namizədliklərini geri götürüblər. 

İmza vərəqələri təsdiqlənmiş namizədləri sizə təqdim edirik:

1. Əsədli Samir Şakir. Vətəndaş Həmrəyliyi Partiyasından. Əslən Yardımlıdandır.
Məmişov  Elşən Ənvər oğlu
3. Dadaşov Vüqa Piri  oğlu. Milli Cəbhə Partiyasında sədr müavini. Razi Nurallayevin partiyasında. Əslən Yardımlıdandır. 
4. İqbal Nemət Həmzə oğlu. Şair. Yardımlı rayonu.
5. Babaşlı Türkan Fizuli qızı. Yardımlı şəhər 1 saylı məktəbində ingilis dili müəllimi. Müstəqil namizəd.
6. Qarayev Ədalət Mirzəkişi oğlu. Şəhid atasI. Alçabulaq məktəbinin direktoru.
7. Əliyev Sərvər  Məlikməmməd oğlu. YAP-ın nümayəndəsi. Qaraqaya məktəbinin direktoru.
8. Qasımlı  Musa Cəfər oğlu. Müstəqil namizəd. Tarix Elmləri  Doktoru. 

M. Qasımlı bundan əvvəlki çağırışda da Yardımlı seçki dairəsindən  millət vəkili seçilmişdi

 Xatırladaq ki, Yardımlı-Masallı Seçki Dairəsi  Yardımlı rayonu ilə yanaşı Masallı rayonunun da 5 ərazisini – Ərkivan qəsəbəsi, Qodman, Qəriblər, Yeyənkənd və Güllütəpə İnzibati Ərazi  Dairələrindən 20-dan artıq kəndini, 20 minə yaxın seçicini əhatə etsə də, bu ərazilərdən bu dairəyə  heç bir masallılının Millət Vəkilliyinə namizədliyi irəli sürülməyib. (Ərkivan qəsəbəsindən Əliməmməd Nuriyev əvvəl bu dairədən qoşulmaq arzusunu bildirsə də, sonradan heç imza vərəqələrini belə götürmədən seçki mübarizəsinə qoşulmaqdan imtina edib).

73 saylı  Masallı – Cəlilabad Seçki  Dairəsindən

Xatırladaq ki, bu Seçki Dairəsi Cəlilabadın Göytəpə şəhərini, eləcə də Masallı şəhəri daxil olmaqla Xırmandalı, Həsənli, Çaxırlı, Banbaşı, Şərəfə,  Təklə, Təzə Alvadı, Köhnə Alvadı  və digər əraziləri əhatə edir.

Ədalət Həşimov - Masallı şəhəri. Müstəqil namizəd

Aytən Əliyeva – Musaküçə məktəbində direktor müavini, YAP-ın namizədi.

Zaur Kəngərli – Göytəpə məktəbində müəllim. Azad Vətən Partiyasından

Fəzail İbrahimli – Tarix elmləri doktoru. Bundan əvvəl 69 saylı Seçki Dairəsindən millət vəkili seçilmişdi. Yardımlı əsillidir.

İmza vərəqələri təsdiq olunub.

Bu şəxslər imza vərəqələrini təqdim etsələr də hələ ki, imzalar araşdırma mərhələsindədir.

Şəmsəddin Əmirov- Müsavat partiyasının namizədi

Murad Hüseynov – video operator. Müstəqil namizəd

Daşqın Nuriyev – ADP partiyasından namizədliyini irəli sürüb.

Bu dairədən daha bir neçə nəfərin də imza vərəqələri araşdırılır.

74 saylı Masallı Seçki Dairəsindən

Masallının Qızılavardan başlamış Kolatan, Sığdaş, Bədəlan, Boradigah (qəsəbə), Mahmudavar, Türkoba., Qızılağac və digər İnzibati ərazilərindəki kəndləri əhatə edir.

Məmmədov Məşhur. Masallı rayonu. Yeddioymaq kəndi. Bundan əvvəl  70 saylı  Masallı Seçki Dairəsindən  millət vəkili seçilmişdi. YAP-ın namizədi kimi qatılır.

Vidadi Baloğlanov – Viləşçay Su Anbarında işləyir. Müstəqil namizəd. Yeddoymaq kəndi.

Nəcəfov Seyran Sahib oğlu. Müəllim. Masallı şəhəri

Səfa Əzimov- Böyük Azərbaycan Partiyasının namizədi (Partiyanın Sədri Elşən Mustafayev)

Daha bir neçə nəfərin imza vərəqələri araşdırılır.

Qeyd: Seçki Dairələrindən hələlik rəsmi siyahını  ala bilməsək də, özəl mənbələrimizdən yuxarıda təqdim etdiyimiz məlumatları əldə etdik. Kiçik yanlışlıqlar olarsa, 050 3227523 telefonu ilə əlaqə saxlayıb, dəqiqləşdir apara bilərsiniz.

Cenub.az . Zahir Əmənov

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10