Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 3 TESLA var, hər 100 ailəyə isə 49 şəxsi minik avtomobili düşür



   Masallı Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, rayonda 2023-cü ildə qeydiyyatda olan cəmi avtomobillərin sayı 27236 ədəd, ondan şəxsi minik avtomobillərinin sayı isə 23381 ədəd olmuşdur. 

Şəxsi minik avtomobillərinin sayı əvvəlki ilə nisbətən 8,6 faiz artmışdır. 

       Ötən ilin  məlumatına görə Masallıda hər 100 ailəyə 49 şəxsi minik avtomobili düşmüşdür.

       İlon Maskın rəhbərlik etdiyi dünyanın ən qabaqcıl elektroavtomobil şirkəti Tesla tərəfindən istehsal edilən eyni adlı avtomobil Masallı qeydiyyatı üzrə 3 ədəd təşkil etmişdir.

Məlumdur ki, Tesla dünyanın ən çox satılan elektromobilidir. 

Qeyd edək ki, Tesla Model Y elektromobili hal-hazırda 47490 dollar başlanğıc qiyməti ilə təklif olunur. Ölkəmizdə bu avtomobillərin ümumi sayı 244 ədəddir. (əvvəlki ilə nisbətən 2,5 dəfə çox).

       Amma bahalı avtomobillərə artan tələbata baxmayaraq hələ də Sovet istehsallı VAZ avtomobillərin rayon qeydiyyatı şəxsi minik avtomobillərinin payında daha çoxluq təşkil etmişdir. (40,0 faiz - əvvəlki ildən 1,0 faiz çox), alman istehsallı Mercese-Benzavtomobillərinin sayıda xüsusi çəkiyə malik olmuşdur (20,0 % - əvvəlki ildən 9,6 faiz çox).

       2023-cü ildə ölkə üzrə istifadə etdiyi yanacağın növlərinə görə elektrik mühərrikli avtomobillərin sayı ümumi avtomobillərin 0,2 faizini (əvvəlki ilə nisbətən 5,5 dəfə çox), hibrid avtomobillərin sayı isə 2,8 faiz (əvvəlki ilə nisbətən 39,5 faiz çox) təşkil etmişdir. Rayon üzrə isə elektrik mühərrikli avtomobillərin sayı əvvəlki ilə nisbətən 11,0 dəfə, hibrid avtomobillərin sayı isə 56,1 faiz çox olmuşdur.

Hazırladı: Abdul Əsgərli

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10