Hələlik, bu vəzifəni həmin məktəbdə təsərrüfat işləri üzrə müavin Hüseynov Mirzamin Mirqabil oğlu icra edir
Mirqabil Hüseynovun şəhər 1 saylı tam orta məktəbə təxminən 40 ilə yaxın rəhbərliyindən sonra bu təhsil ocağına bir neçə nəfər direktor əvəzi təyin olunsa da, heç biri bu vəzifədə möhkəmlənə bilmədi. 2022-ci ildə isə Masallı rayonunun Mololon kənd məktəbinin direktoru Ağamməd Şəmmədov həmin məktəbə direktor təyin olundu. Orada yeni komanda formalaşd. 2 il müddətində müəyyən diqqət çəkən işlər görüldü..
Bu günlərdə isə Ağamməd Şəmmədov öz ərizəsi ilə 1 saylı orta məktəbin direktoru vəzifəsindən azad olunaraq Lənkəran Regional Təhsil idarəsinə “Təhsildə keyfiyyət” üzrə Baş məsləhətçi vəzifəsinə təyin olunub.
Şəhər 1 saylı tam orta məktəbə isə rəhbərlik hazırda həmin məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyən Hüseynov Mirzamin Mirqabil oğluna həvalə olunub.
Xatırladaq ki, A. Şəmmədovun 70 şagirdlik Mololonməktəbindən 2 min nəfərə yaxın şagirdi olan, rayonun ən çox şagirdlik məktəbinə direktor təyinatı necə təəccüb doğurmuşdusa, hazırkı məqamda Ağamməd müəllimin dərs saatı ilə birlikdə ayda təxminən 2 min manatlıq məvacibi olan şəhər 1 saylı tam orta məkəbindən LARTİ-də ki 1200 manatlıq metodistliyə təyinatı da elə təəccüb doğurdu.
Bu məlumatı dəqiqləşdirmək üçün A. Şəmmədovun özü ilə telefon əlaqəsi saxladıq. A. Şəmmədov məlumatı təsdiq etdi.
Yəqin ki, sentyabr ayında biz bu məktəbdə yeni direktor görəcəyik.