"Əsl xəyanətkarları cəzalandırmaq mümkün olmur və bu minvalla xəyanətlər sonsuzacan davam edir..."
3 cümlə ilə bir "quş"...
3 cümlə ilə bir "quş"...
Sultan Laçın
Əsrlərlə imperiyaların zülmü altında inləmiş, işğallara, soyqırımlara, repressiyalara, deportasiyalara məruz qalmış, genefondu olmazın zədələr almış, manqurtlaşmış xalqlar üçün bir imperiyanın müstəmləkə caynağından qurtulub başqa imperiyaların himayəsi altında hüquqi müstəqilliyini, nisbi də olsa, gerçək müstəqilliyə çevirmək sevdası hədsiz ağrı-əzablarla müşayiət olunur...
İmperiyalar keçmiş müstəmləkələrindən ordularını çıxarsa da, kəşfiyyatlarını, agentura şəbəkələrini çıxarmır, təbii ki, onların arxivlərinin açılmasına da imkan vermir və çox zaman həmin ölkələrdə qurulan hakimiyyətləri də məhz o şəbəkələr vasitəsilə bildiyi kimi idarə etməyə və digər imperiyaların təsirindən qorumağa çalışır...
İndi təsəvvür edin; ölkə doludur həm keçmiş, həm təzə imperiyaların rezident, agent, casus, xəfiyyə və kəşfiyyatçılarıyla, iqtidarda da, müxalifətdə də həlledici postları tutublar; bir rezidenti, bir agenti bütləşdirirlər, o biri agenti söyürlər, başqa birini qəhrəmana çevirirlər, digərini həbsə atdırıb sonra çıxarırlar, bunlar da başlayır bir-birini, bəzən də günahsız birini
söyməyə, xəyanətdə suçlamağa, guya birlik yaratmağa çalışırlar, amma yenə parçalanırlar və s. və i.a.- bunlara baxan onsuz da çaş-baş xalq isə qalır girinc: əsl xəyanətkarların üzə çıxarılıb cəzalandırılmasına nail ola bilmir və bu minvalla müstəqillik(!) qazanmış müstəmləkələrdə xəyanətlər sonsuzacan davam edir...