Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pezeşkian - ordusuz, cəbbəxanasız sərkərdə



İranda prezident seçkiləri başa çatdı. İki aya yaxın sürən seçki kampaniyası dövründə hakimiyyət əhalinin diqqətini çoxsaylı problemlərdən yayındıra bildi. Məsud Pezeşkianın prezident olması isə Güney Azərbaycan türklərini sakitləşdirmək, onları rejimə bağlamaq üçün bir vasitə oldu. Seçicilərin çoxluğunun ona səs verməsi həm də İranda qərblə əlaqələrin qurulması tərəfdarlarının rejimə etiraz aksiyası idi. Hakimiyyət onları da müəyyən müddətə sakitləşdirmək üçün Pezeşkianın seçilməsinə şərait yaradıb. 

Bu seçki həm də sübut etdi ki, güney azərbaycanlılar İranda dəyişikliklərin əsas müəllifi olaraq qalır. 2009-cu ildə Azərbaycan türkü Mirhüseyn Musəvinin başçılıq etdiyi “Yaşılar hərəkatı” prezident seçkisində qalib gələ bilməmişdi. Çünki onu azərbaycanlılar müdafiə etmirdi. Onda güneylilər Mirhüseyn Musəvinin yaşıl bayrağına alternativ olaraq qırımızı bayraq çıxardı və “Haray, haray, mən türkəm“ şüarı ilə “Güney Azərbaycan İran deyil!” tələbini bütün dünyaya car çəkdi.

Bu hadisələrdən 3 il öncə, 2006-cı ilin yazında Tehran bələdiyyəsinin orqanı olan “İran” adlı qəzetdə türklər təhqir edilmişdi. Bu tərbiyəsizliyi kimin, hansı məqsədlə törətdiyi hələ də bağlı qalır. Bunu rejimdaxili qüvvələrin Azərbaycan türklərinin gücünü müəyyən edib, aparıcıları öldürmək və ya həbs etməklə sıradan çıxarmaq məqsədi ilə təşkil etdiyi ehtimal olunur. Bununla belə, Güney Azərbaycanda, dünyanın bir sıra ölkələrində bu məsələyə etiraz etmişdilər. 

İranın o vaxtkı prezidenti, müəmmalı şəkildə öldüyü idd...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10