Kulis.az cavanlıq və qocalıq haqqında aforizmləri təqdim edir.
“Cavan arzulayır, qoca xatırlayır”.
L.Araqon
“Qocalıq – həyat adlı böyük incəsənətin ən çətin hissəsi və müdrikliyin zirvəsidir”.
A.Amel
“Qocalıqda zərif cinsə qarşı laqeydlik cavanlıqda onların xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxdığına görə aldığın cəzadır”.
O.Balzak
“İlk dəfə öz hərəkətlərinə kənardan baxıb güldüyün gün bil ki, artıq yaşlaşmısan”.
E.Barrimor
“İnsanlıq qocalmır, əksinə, günbəgün cavanlaşır”.
Q.Berye
“Cavanlıq torağay kimi səhərlər, qocalıq isə bülbül kimi axşamlar oxuyur”.
K.Bouvi
“Hamı uzunömürlü olmağı arzulasa da, heç kim qocalmaq istəmir”.
P.Buast
“Qocalıqda itirdiyin hər dost bir də qayıtmayacaq”.
L.Vovenarq
“Səfeh üçün qocalıq – ağır yük, nadan üçün – ömrün qışı, alim üçün isə məhsul yığımı dövrüdür”.
F.Volter
“Alında qırış qaçılmazdır, təki ürəkdə olmasın. İnsan ruhən qocalmamalıdır”.
D.Harfild
“Cavanlıq qüsurlarını qocalığa daşımaq lazım deyil. Çünki qocalığın da öz qüsurları var”.
İ.Höte
“Əslində, qocalıq insanın öyrənmək qabiliyyətini itirdiyi andan başlayır”.
A.Qraf
“Qırx yaş cavanlığın qocalığı, əlli yaş qocalığın cavanlığıdır”.
V.Hüqo
“İnsan daha ümidlərlə yox, yalnız xatirələrlə yaşadığını dərk edəndə anlayır ki, qocalıb”.
D.Zanders
“Cavanlıqda nə əkərsən, qocalıqda onu biçərsən”.
H.İbsen
“Cavan öz xoşbəxtliyini qarşıda onu gözləyən müəmmalarda, qoca vərdiş etdiklərində axtarır”.
P.Kurti
“İnsanı hər an qocalacağını düşünməkdən çox heç nə qocalda bilməz”.
H.Lixtenberq
“Cavanlıq özü də bir azardır – amma yaş ötdükcə sağala bilən bir azar”.
C.Louell
“Əgər qocasınızsa, bilirsiniz, əgər qocasınızsa və bilmirsinizsə, günah özünüzdədir”.
A.Lunaçarski
“Qocalıq sənin qəhrəmanlıq hissin öləndə başlayır”.
A.Morua
“Bəli, biz qocalacağıq, amma bu, uzun yaşamağın yeganə yoludur”.
D.Ober
“Tənhalıq qocalığın ən sadiq dostudur”.
A.Olkott
“Qoca ağac daha yaxşı yanır, qoca atın belində getmək daha təhlükəsizdir, köhnə kitabları oxumaq daha xoş gəlir, köhnə şərab yaxşı içilir, köhnə dostlara daha çox etibar edirsən…”
L.Rayt
“Qocalıq da qar kimi qəfildən gəlir. Səhər durub görürsən ki, hər yan ağappaqdır”.
J.Renar
“Cavanlıq – müdrikliyi mənimsəmək, qocalıq – onu xərcləməkdir”.
***
“Elə insan var ki, son mənzilə yüz yaşında köçsə də, doğulan gündən ölüdür”.
J.Russo
“Ömründə bir dəfə də göz yaşı axıtmayan cavan vəhşi, gülməyən qoca isə səfehdir”.
C.Santayana
“Cavanlıqda sevmək üçün yaşayır, qocalıqda yaşamaq üçün sevirik”.
Ş.Sent-Evremon
“Hər bir insanın üç cavanlığı olur: bədənin, ürəyin və zehnin cavanlığı. Bədbəxtlikdən, onlar heç vaxt üst-üstə düşmür”.
F.Fenelon
“Qocalıqda insan üçün ən yaxşı təskinlik – cavanlıqda gücünü heç vaxt qocalmayacaq işlərə sərf etdiyini düşünməsidir”.
A.Sopenhauer
“İnsan cavanlıqda öyrənir, qocalıqda anlayır”.
M.Ebner-Eşenbax
“Cavanlıqda etdiyimiz günahları qocalıqda yumalı oluruq”.
E.Rotterdamlı