Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sivilizasiyaya meydan oxuyan əzəmət – FOTOLENT



Əsrlər əvvəl belə bir möhtəşəm əsər ərsəyə gətirmək heyrətvericidir

Azərbaycan qalaları arasında yerləşməsinə və tikilişinə görə, bəlkə də, ən gözəli Gədəbəyin dağlarında ucalan Qız qalasıdır. Hər iki tərəfindən çay axan, 3 tərəfi sıldırımla əhatələnən, təbii müdafiə qayasının üzərində ucaldılan bu qala öz əlçatmazlığı ilə insanı heyran edir. Tarixi mənbələrdə Namərdqala, Gavurqala, Çerek kimi də qeyd olunan qala xalq arasında Qız qalası kimi tanınır.

Qalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi bu gün də dəqiq araşdırılmayıb. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə bəzi tarixçilər onu XII əsr Eldənizlər dövrünün əsəri sayırlar. Bir sıra tarixçilər isə qalanın daha qədim, VIII-IX əsrlərə aid olduğunu iddia edirlər.

Qala əldən-ayaqdan uzaq, çətin keçilən dağ şəraitində tikilib. Rayon mərkəzindən 15 km məsafədə yerləşən qalaya yalnız yolsuzluq və çətin keçilən yerlər üçün nəzərdə tutulmuş yük avtomobilləri ilə getmək mümkündür.

Bir çox gəzinti həvəskarları qalaya piyada getməyə üstünlük verirlər. Qalaya piyada getmək üçün ən gözəl və mənzərəli marşrut Daşkəsən rayonunun Əmirvar kəndindən keçir. Bu istiqamət üzrə dağ əsasən üzü enişə olsa da, bir neçə dəfə çay keçmək lazım gəlir. Bu səbəbdən həmin marşrutu seçənlər hava proqnozu ilə tanış olmalı və yağıntısız günləri seçməlidirlər.

Qalanın ucaldığı qayanın hər iki tərəfindən Şəmkir və Mis çayları axır. Yağışlı günlərdə çaylar daşaraq yolu keçilməz edir. 15 metr hündürlüyü olan, 8 bürcdən ibarət abidənin üst hissəsində yaşayış kompleksi olub. Onun bir xususiyəti də ətrafda çay daşlarının çox olmasına baxmayaraq, qalanın bişmiş qırmızı kərpicdən tikilməsidir.

Azərbaycanda olan digər dağ qalalarından fərqli olaraq bu qalanın daha yığcam, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı var. Çətin dağ şəraitində belə aydın və dəqiq memarlıq quruluşu yaratmaq onu ucaldan memar və ustaların yüksək bacarığından xəbər verir. Eyni zamanda qalanı tikdirən sifarişçinin də geniş imkanları olduğunu, tikintiyə böyük işçi qüvvəsini, yüksək ixtisaslı sənətkarları cəlb etməsini göstərir.

Qalaya yaxın ərazidə Azərbaycanın ən böyük dini komplekslərindən olan Çarekvəng monastrı yerləşir. Xalq arasında Mahrasa məbədi kimi tanınan kompleks də öz əzəməti ilə insanı valeh edir.

Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –Sivilizasiyaya meydan oxuyan əzəmət –






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10