Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda vəzifəli şəxsin üstünə benzin töküb yandırmaq istədilər



Lənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb edilib. 

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə kənd ərazisində yerləşən “PROFCO” MMC-nin işlətdiyi qum-çınqıl yatağında baş verib. 

Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evinə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.  Klinikalar

Ətrafdakı şəxslərin və oraya gələn polisin iştirakı ilə Əlibala saxlanılıb. 

Onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb. 

Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə 62 yaşlı Əlibala Nemətova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə eletrok qolbaq yerləşdirilib və yaşadığı yeri tərk etməmək kimi vəzifələr üzərinə qoyulub. 

Telegram kanalımız






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10