Yarandığı müddətdən çoxlu maraqlı işləri ilə fərqlənən “Prospekt Biznes Mərkəzi ” və “Prospekt Ticarət Mərkəzi” şirkətləri Xeyirxah işləri ilə də diqqəti daha çox cəlb edir. Bu işlərinin reklam edilməsinə çox maraqlı olmasa da, biz həmin şirkətin Qurban Bayramı günlərində möhtəşəm xeyriyyə aksiyasının şahidi olduq.
Necə deyərlər, heç bir bəzək-düzək vurmadan təkcə 2 rəqəmi diqqətinizə çatdırırıq – əsasən Yeddioymaq İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərdəki (Qasımlı, 1-ci, 2-ci Yeddioymaq kəndləri ) 800 ailəyə hər biri 2 kiloqram olmaqla Qurban payı verilmişdir. Bu məqsədlə 300 qoyun kəsilmiş, Yeddioymaq ərazisi ilə yanaşı rayondakı Şəhid, Qazı, digər həssas qruplara daxil olan ailələrə də bu ehsandan pay ayrılmışdır.
Şirkətin rəhbəri Vüsal Salayevdir.
Cenub.az. Fidan Abbaslı