Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlləbadlı öz bacısını namus üstündə vəhşicəsinə qətlə yetirdi, cəzası bəlli oldu



Cəlilabadda bacısını qətlə yetirən Hikmət Sadıqovun məhkəməsi keçirilib.

Bakupost.az-ın məlumatına görə, ittihamda bildirilir ki, H.Sadıqov rayonun Üçtəpə kəndində yerləşən evinə qayıdarkən həmin evdə onunla birlikdə yaşayan, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Cəfərova Arzunun həyətdə yerləşən hamamda sakit səslə mobil telefonla danışmasını eşidib. 
 
O, bacısının həqiqətən başqa kişi ilə sevgi münasibəti saxlamasına dair əminlik yarandıqdan sonra qisas almaq məqsədilə öldürmək qərarına gəlib. H.Sadıqov evdən bıçaq götürərək hamam otağına daxil olub. Bu zaman onun gəldiyini görən bacısı dərhal telefonu söndürüb. H. Sadıqov bacısından telefonu verməsini tələb edib. A. Cəfərovanın bundan imtina etməsindən qəzəblənən H. Sadıqov gödəkçəsindən çıxardığı bıçaqla bacısına 27 dəfə zərbə vurub. A. Cəfərova hadisə yerində keçinib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində onun cəzası 14 il 6 aya endirilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10