Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kirantsda 54 daşınmaz əmlak Azərbaycana verilir: 2 yaşayış binası, 3 mağaza...


Tavuş vilayətinin Kirants kəndində bu ilin sentyabrında istifadəyə veriləcək yeni məktəb tikilir. 

Publika.az xəbər verir ki, yerli sakinlər təhsil ocağı ilə yolun arasındakı məsafədən narahatdırlar. Çünki sərhəd delimitasiyası başa çatdıqdan sonra bu yol Azərbaycanın nəzarətinə keçəcək.

“Delimitasiyadan sonra bu hissə Azərbaycanın olacaq. Cəmisi yarım dəqiqə lazımdır ki, bu yoldan məktəbin qapısına çatasan”- “Sputnik Ermənistan”ın müxbirinin kənddən hazırladığı reportajda deyilir.

Məlumatda qeyd olunur ki, Kirantsda sərhədin delimitasiyası nəticəsində ümumilikdə 30 vətəndaşa məxsus 54 daşınmaz əmlak Azərbaycan tərəfinə veriləcək. Bu obyektlərin hamısının kadastr şəhadətnaməsi var.

O cümlədən, 2 yaşayış binası, 3 mağaza, avtomobil hissələri satışı məntəqəsi, 48 torpaq sahəsi, o cümlədən bir neçə hektar kommunal torpaq Azərbaycana veriləcək.

Tural







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10