Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropa ölkələrinin həbsxanalarında nə qədər məhkum vəfat edib? – Siyahı




Avropa Şurasına üzv olan ölkələrin penitensiar müəssisələrində vəfat edən məhkumların sayına görə ilk sırada Türkiyə yer alıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə məlumat “Avropa Şurasının İllik Cəza Statistikası”nda (SPACE I) yer alıb.
Bildirilir ki, Türkiyədə 742 məhkum vəfat edib. Vəfat edən məhkumların sayına görə 2-ci sırada Ukrayna yer alıb. Bu ölkədə il ərzində 432 məhkum vəfat edib.
Penitensiar müəssisələrdə vəfat edən məhkumların sayına görə sonuncu sırada Monteneqro, Lüksemburq və Kipr qərarlaşıb. Bu ölklərin hər birində il ərzində cəmi 3 məhkum vəfat edib.
Andorra, İslandiya, Lixtenşteyn, Malta, Monako və San Marinoda isə il ərzində heç bir məhkum vəfat etməyib.
Avropa Şurasına üzv olan ölkələrin penitensiar müəssisələrində vəfat edən məhkumların sayı aşağıdakı kimi olub:

Albaniya – 17
Andorra – 0
Ermənistan – 18
Avstriya – 32
Azərbaycan – 158
Belçika – 50
Bolqarıstan – 33
Xorvatiya – 23
Kipr – 3
Çexiya – 45
Danimarka – 5
Estoniya – 6
Finlandiya – 11
Fransa – 275
Gürcüstan – 18
Almaniya – məlumat açıqlanmayıb
Yunanıstan – 112
Macarıstan – 85
İslandiya – 0
İrlandiya – 24
İtaliya – 172
Latviya – 29
Lixtenşteyn – 0
Litva – 35
Lüksemburq – 3
Malta – 0
Moldova – 23
Monako – 0
Monteneqro – 3
Niderland – 25
Cənubi Makedoniya – 17
Norveç – məlumat açıqlanmayıb
Polşa – 184
Portuqaliya – 64
Rumıniya – 109
San Marino – 0
Serbiya – 101
Slovakiya – 29
Sloveniya – 6
İspaniya – 252
İsveç –   15
İsveçrə –  17
Türkiyə –  742
Ukrayna – 432
İngiltərə və Uels – 301
Cənubi İrlandiya – 4
Şotlandiya – 44

Elnur Əli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10